"İRANA QARŞI BİRGƏ MÜBARİZƏ APARMALIYIQ" - "Azərbaycanı gücləndirmək üçün hər şeyi edəcəyik"

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin APA-ya müsahibəsi

“Xatırlayıram, bir dəfə nazir Mikayıl Cabbarov məni iki dövlətin bir səfiri adlandırmışdı. Çox şadam ki, nəhayət, indi iki dövlət üçün iki səfirimiz olacaq”

– Cənab səfir, bizə zaman ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm. İlk sualım bu günlərdə istər Azərbaycan, istərsə də beynəlxalq medianın geniş işıqlandırdığı Azərbaycan hökumətinin qərarı ilə bağlıdır. Təxminən, 30 ildən sonra Azərbaycan Hökuməti bu yaxınlarda İsraildə səfirlik açmaq qərarını elan etdi və bu, İsrail tərəfindən “tarixi qərar” kimi qiymətləndirildi. Səfirliyin açılması iki ölkə arasında əlaqələrə nə kimi töhfələr verəcək?

– Müsahibə üçün mən də sizə təşəkkür edirəm. Suallarınızı cavablandırmaq xoşdur. Azərbaycan Hökumətinin səfirlik açmaqla bağlı tarixi qərarı münasibətlərimizdə bir dönüş nöqtəsidir. Düşünürəm ki, münasibətlərimizin dərinliyi ilə təmsilçilik səviyyəsi arasında böyük uyğunsuzluq var idi. Nəhayət, indi səfirlik açılacaq. Ümid edirəm, qarşıdakı aylarda səfirliyin fəaliyyətə başlaması ilə münasibətlərimizin dərinliyi və təmsilçilik səviyyəsi arasında uyğunluq yaranacaq. Ona görə də buna çox sevindik, çünki bunu çoxdan gözləyirdik. Hesab edirəm ki, bu qərarın əhəmiyyəti bir neçə səviyyədədir.

Hər şeydən əvvəl, bu, həm İsrail, həm də Azərbaycan xalqlarına mesajdır ki, hər iki ölkə bu dostluqdan, həm hökumət, həm də ictimai müstəvidəki yaxınlıqdan çox böyük qürur hissi duyur.

İkincisi, bu, bizim regionumuzda və digər regionlardakı ölkələrə də vacib mesajdır ki, İsrail bir yəhudi dövləti olaraq, Abraham Sazişində olduğu kimi, Yaxın Şərq ölkələri ilə dost və yaxın ola bilər, biz Birləşmiş Ərəb Əmirliklərində, Bəhreyndə, Mərakeşdə səfirliklər açmışıq və onlar da keçən il İsraildə diplomatik missiyalar açdılar. Azərbaycanla və regionumuzda yerləşən digər ölkələrlə bir neçə onilliklər ərzində çox yaxın əlaqələrimiz olub. Beləliklə, bu, güclü mesajdır və hesab edirəm ki, Azərbaycan üçün də bu regiondakı ölkələrə güclü mesajdır. İsraillə münasibət fəxr edilməli bir məqamdır.

Üçüncüsü, hesab edirəm ki, bu əlaqələrdən ən çox faydalanan Azərbaycan Hökuməti və Azərbaycan xalqı olacaq. Çünki artıq Azərbaycanın İsraildə nümayəndəliyi olacaq və o nümayəndəlik İsraildə məhz sizin ölkənizin səsi olacaq. Azərbaycanın rəsmi səfiri olacaq və səfir, onun komandası hökumətdə, özəl sektorda, mədəniyyət sahəsində israillilərlə görüşüb danışa biləcək və İsrail texnologiyasını, İsrail təcrübəsini əvvəllər mümkün olmayan bir şəkildə Azərbaycana gətirə biləcək.

Xatırlayıram, bir dəfə nazir Mikayıl Cabbarov məni iki dövlətin bir səfiri adlandırmışdı. Çox şadam ki, nəhayət, indi iki dövlət üçün iki səfirimiz olacaq, çünki dövlətlərimiz, ölkələrimiz arasındakı münasibətlər bu təmsilçiliyə layiqdir. Ona görə də Azərbaycan rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, sözügedən qərara yol açaraq ilk Ticarət və Turizm nümayəndəliklərini açdı və inşallah, tezliklə səfirlik də açılacaq. Vurğulamaq istərdim ki, bu qərar son deyil, başlanğıcdır. Azərbaycan-İsrail dostluğu adlanan və 30 il ərzində birgə tikdiyimiz bu binada məhz bu qərar sadəcə bir kərpicdir – amma böyük bir kərpicdir.

“AZAL vasitəsilə İsrailə hər həftə təxminən 8 birbaşa uçuş həyata keçirəcəyik”

– Artıq bir ildən çoxdur ki, Azərbaycan İsraildə Ticarət və Turizm nümayəndəlikləri açıb. Praktiki baxımdan bu təşəbbüsün nəticələri nədən ibarətdir və əlaqələrə töhfə verməsi baxımından hansısa göstəricilər varmı?

– Ticarət və Turizm nümayəndəliklərinin açılması münasibətlərimizdəki müsbət tendensiyadan xəbər verdi. Məsələn, turizm ofisini sosial şəbəkələrdə izləsəniz, onların Azərbaycan mədəniyyətini İsrailə tanıtmaqda nə qədər fəal olduğunu görə bilərsiniz. Keçən həftə onlar Azərbaycan şərablarını İsrailə gətirən və onları israilli mütəxəssislərə təqdim edən şərab dequstasiyası tədbiri keçirdilər. Bu, yeni imkanlar açır, nəticəni İsraildən Azərbaycana gələn turistlərin sayında da görə bilərsiniz. Düzdür, artıq bu ofis açılmamışdan əvvəl də artım var idi, 2016-cı ildə İsraildən 10 minə yaxın turist Azərbaycana səfər etmişdisə, 2019-cu ildə artıq bu rəqəm 50 min idi.

Lakin sonradan COVID-19 pandemiyası səbəbindən turizm dayandı və uzun müddət onun necə bərpa ediləcəyini, ümumiyyətlə bərpa ediləcək, ya yox məsələsini bilmirdik. Amma çox məmnuniyyətlə deyə bilərəm ki, bu ilin birinci yarısına nəzər salsaq, görərik ki, 2019-cu ilin eyni rəqəmlərinə dönürük, biz ildə 50 min nisbətindəyik. Əlavə olaraq, AZAL gələn il İsrailə daha çox aviareys həyata keçirəcək. AZAL vasitəsilə İsrailə hər həftə təxminən 8 birbaşa uçuş həyata keçirəcəyik. Bu günlərdə bu məsələ müzakirə olunur. Eyni zamanda, İsraildən "İsrair" tərəfindən təxminən 3 uçuşumuz olacaq. Deməli, söhbət həftədə 10-dan çox uçuşdan gedir. Bu, böyük rəqəmdir və hər iki tərəfdən turizm potensialının səviyyəsini əks etdirir.

Ticarət sahəsində də bir çox işlərin görüldüyünü müşahidə edə bilərsiniz. İsrailin kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəldi, kənd təsərrüfatı və su ehtiyatları sahəsində iki müqavilə imzalandı. İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə suvarma sahələrinin qurulması strategiyası ilə bağlı müqavilə imzalayıb. Eləcə də kənd təsərrüfatı sahəsində digər şirkətlər quşçuluq, damcı suvarma, südçülük təsərrüfatları ilə bağlı müqavilələr imzalayıb.

Beləliklə, işin başlandığını görə bilərsiniz. Mən elə indi Kosmik Agentliyin təşkil etdiyi konfransdan qayıdıram, kosmik sahədə də əməkdaşlıq üçün maraq var. Deməli, bu əməkdaşlıqları biz görürük. Amma düzünü deməliyəm ki, bu, hələ kifayət deyil, potensialdan çox aşağıdır. Ticarət əlaqələrimizdən neft sektorunu çıxarsanız, ticarət səviyyəmiz dost ölkələr arasında olması lazım olandan çox aşağıdır. Ona görə də düşünürəm ki, bizim hələ görülməli çox işimiz var və dediyim kimi, səfirliyin açılması yalnız başlanğıc olacaq. Biz buradakı səfirliyimiz, Azərbaycanın İsraildəki səfirliyi və Azərbaycanın ticarət ofisi vasitəsilə birlikdə işləyəcəyik. Səfirliklə birlikdə bunu irəliyə aparacağıq.

“Ağalıda, “ağıllı kənddə” südçülük fermasının tikintisinə başlayan İsrail şirkəti var”

– İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki fəaliyyəti barədə soruşmaq istəyirəm. Xatırlayıram, ötən il sizin ölkənizdən bəzi şirkətlərin nümayəndələri həmin ərazilərə səfər etmişdilər. İndi həmin ərazilərdə fəaliyyət göstərən hər hansı İsrail şirkəti varmı?

– Əvvəl də olduğu kimi, bu gün də İsrail şirkətləri və İsrail hökuməti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gəlib işləməyə və həmin ərazilərin reabilitasiyası və yenidən qurulması ilə bağlı mühüm və nəhəng layihələrdə kömək etməyə daha çox istəklidirlər. Biz hazır olduğumuzu bildirmişik və bəzi sahələrdə artıq birgə işləməyə və ya əməkdaşlıq imkanlarına baxmağa başlamışıq. Ağalıda, “ağıllı kənddə” südçülük fermasının tikintisinə başlayan İsrail şirkəti var. Ötən ay israilli şirkətlər Azərbaycanda minaların təmizlənməsi ilə bağlı ANAMA-nın keçirdiyi konfransda iştirak üçün bura səfər etdi, həmçinin onlar işğaldan azad edilmiş ərazilərdə oldular. Kənd təsərrüfatı və su sahəsində şirkətlərimiz var, onların bir qismi Qarabağ ərazilərində olub, bəziləri də tezliklə gedəcəklər. Mən bilirəm ki, buna maraq var. Ancaq anlayıram ki, demək olar, İsrail dövləti böyüklüyündəki bu ərazinin bərpası asan, kiçik bir iş olmayacaq. Bu, böyük proses olacaq, Azərbaycan bunu etməyə qadirdir, lakin sizin dostlarınızdan ala biləcəyiniz yardıma ehtiyacınız olacaq və biz bu yardımı təmin etmək üçün buradayıq. Deyə bilmərəm ki, hazırda fəallıq çoxdur, lakin həmin istiqamətdə davamlı formada irəliləyirik və bu sahədə getdikcə daha çox aktivlik müşahidə edirik.



“Təbii ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır, ona görə də biz buna ciddi yanaşırıq. Biz “strateji” sözünü heç bir ölkə üçün boş yerə işlətmirik”

– Aydındır ki, Azərbaycan və İsrail arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir, lakin daim diqqət mərkəzində olan iki ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığıdır. Bu sahədə əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Azərbaycanda səfir postunda olduğum müddətdə rast gəldiyim ən gülməli və ən təsirli məqamlardan başlamaq istəyirəm. Bu, mənə iki il əvvəl, İkinci Qarabağ müharibəsindən sonra övladının dünyaya gəldiyini və oğlunun adını “Harop” qoyduğunu deyən bir xanımla görüş idi. Yəni gözləmədiyim və maraqlı bir hadisə oldu.

Təbii ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır, ona görə də biz buna ciddi yanaşırıq. Biz “strateji” sözünü heç bir ölkə üçün boş yerə işlətmirik. Bu mənada bizim tərəfdaşlığımız dərindir və müxtəlif sahələri əhatə edir. Bu sahələrdən biri təhlükəsizlikdir və bizim Qarabağ məsələsi ilə bağlı da mövqeyimiz çox aydın olub – biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Onu da anlayırıq ki, Azərbaycan ona hədə-qorxu gəlməkdən çəkinməyən qonşularla, özünün müstəqilliyinə və ya ərazi bütövlüyünə açıq və ya üstüörtülü təhdidlər səsləndirən ölkələrlə çətin bir qonşuluqda yaşayır. Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir.

“İsraildə ümumi seçkilərə bir neçə gün qalmış hər hansı bir siyasətçinin seçki kampaniyasını tərk edib xarici ölkəyə getməsi çox çətindir. Müdafiə naziri bunu edirsə, deməli, bu, onun üçün və ölkələrimiz üçün çox vacib idi”

– Yeri gəlmişkən, bir neçə ay əvvəl İsrailin müdafiə naziri Benni Qantz Azərbaycana gözlənilməz səfər etmişdi. Səfərin məqsədi nə idi?

– Cənab Qantzın səfərinin məqsədinə gəlincə, sizə deyə bilərəm ki, adətən, müdafiə nazirlərinin səfərləri media üçün sürpriz olur. Çünki nazirlərimiz səfər edərkən bunu şou üçün, sırf manşet üçün etmir, müzakirə olunacaq çox məqam var. Səfərin əsl məqsədi əməkdaşlığımızın mahiyyəti barədə müzakirələr aparmaqdan ibarət idi. Təəssüf ki, bu cür məsələlər barədə açıq danışa bilmərəm, amma sizə deyə bilərəm ki, İsraildə ümumi seçkilərə bir neçə gün qalmış hər hansı bir siyasətçinin seçki kampaniyasını tərk edib xarici ölkəyə getməsi çox çətindir. Müdafiə naziri bunu edirsə, deməli, bu, onun üçün və ölkələrimiz üçün çox vacib idi.

“Çox sadə səbəbdən İsrailin Azərbaycana qarşı siyasətində heç bir dəyişiklik görməyəcəksiniz”

– Artıq seçkilər keçirilib və İsraildə yeni hökumət kabineti formalaşacaq. Keçmiş Baş nazir Netanyahu yeni hökuməti formalaşdırmaqla bağlı Prezidentdən rəsmi tapşırıq alıb. Netanyahunun əvvəlki dövründə Azərbaycan və İsrail arasında münasibətlər yaxşı idi. Yeni hökumətin Cənubi Qafqazla, xüsusən də Azərbaycanla bağlı xarici siyasəti necə olacaq, dəyişiklik ola bilərmi?

– Çox sadə səbəbdən İsrailin Azərbaycana qarşı siyasətində heç bir dəyişiklik görməyəcəksiniz. İsraillə Azərbaycan arasında münasibətlər İsraildə siyasətdən kənardır. İstər Baş nazir Netanyahu olsun və ya bu günlərdə bu postda olan cənab Lapid olsun, bunun fərqi yoxdur. Ölkələrimiz arasındakı əlaqələr həm İsrail üçün, həm də Azərbaycan üçün strateji və mühüm əhəmiyyət kəsb edir və bu, belə də qəbul ediləcək. Beləliklə, sizi əmin edə bilərəm ki, İsraildə istər sağ, istərsə də sol hökuməti olsun, dostluğumuz möhkəmlənmək tendensiyası ilə eyni gücdə davam etdiriləcək. Dediyimiz kimi, Azərbaycan bizim üçün bütün tərəflərin yekdil olduğu bir məsələdir. Bu, nə sağa qarşı sol, nə də Lapidə qarşı Netanyahu məsələsidir. Bu, bir İsrail marağıdır, İsrail dedikdə bütün israilliləri, bütün İsrail partiyalarını, bütün İsrail hökumətlərini və bütün İsrail Baş nazirlərini nəzərdə tuturam.

“Səudiyyə Ərəbistanı ilə də sülh sazişinə ümid edirik”

– Son zamanlar Türkiyə-İsrail münasibətlərində yaxınlaşma qeydə alınır. Yüksək səviyyəli qarşılıqlı səfərlər olub. Ancaq Netanyahunun Baş nazir kimi hakimiyyətə gəlməsi ilə bu münasibətlər əvvəlki vəziyyətinə qayıda bilərmi? Çünki Netanyahu və Ərdoğanın əvvəlki münasibətləri bəllidir.

– Bəli, məncə, bir çox insan İsraildəki seçkilərin nəticələrindən narahatdır. Türkiyədə də gələcək seçkilər var, bu, İsraillə Türkiyə arasında yaxınlaşma üçün nə deməkdir? Hesab edirəm ki, bu nəticələrdən asılı olmayaraq, ölkələrimiz arasında yaxınlaşma davam edəcək. Biz ilk dəfə Türkiyə Prezidenti Ərdoğanın Netanyahuya telefonla zəng edərək onu seçkilərdə qalib gəldiyinə görə təbrik etdiyini gördük. Onlar yeni səhifə açmaq və İsrail-Türkiyə münasibətlərinin gücləndirilməsi üzərində işləmək barədə razılığa gəliblər.

Netanyahunun özü bir neçə gün əvvəl İsrail-Türkiyə münasibətlərində yeni bir fəslin, daha yaxşı bir səhifənin açılmasından çox məmnun olduğunu söylədi. Beləliklə, bunun necə olacağını gözləməli və görməliyik. Mən sadə bir səbəbdən çox nikbinəm, şəxsi ideologiyanın təsiri və ya keçmişdən qaynaqlanan problem hər zaman var, amma nəticə etibarilə Prezident Ərdoğan və gələcək Baş nazir Netanyahu yalnız özlərini deyil, ölkələrini və xalqlarını təmsil edirlər. O ölkələrin maraqları var və o maraqlar bu gün bizdən yaxınlaşmağı, birgə işləməyi tələb edir. Bunu ərəb dünyasında baş verən tendensiya ilə də görmək olar. İsrail heç kimin ağlına belə gətirmədiyi bir neçə ərəb ölkəsi ilə Abraham Sazişini imzaladı və sülh bağladı. Birləşmiş Ərəb Əmirlikləri ilə, Bəhreynlə, Mərakeşlə, Sudanla, daha əvvəl Misirlə, İordaniya ilə sülh əldə etmişik və Səudiyyə Ərəbistanı ilə də sülh sazişinə ümid edirik.

Beləliklə, siz görürsünüz ki, bizim münaqişəmiz, ərəb-İsrail münaqişəsi, demək olar ki, bitib və bu, yaxşı haldır. Türkiyənin ərəb dünyası ilə, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrlə münasibətlərini düzəltdiyini görmək yaxşıdır və indi də Misirlə münasibətlərin normallaşması istiqamətində cəhd edir. Düşünürəm ki, bütün region ölkələri, İsrail, Türkiyə və ərəb dünyası bu gün dərk edir ki, özümüz və gələcək nəsillərimiz üçün təhlükəsiz, daha yaxşı gələcək istəyiriksə, birgə işləməli və Yaxın Şərqdə daha çox zorakılığa, daha çox xaosa, daha çox nifrətə və daha çox irqçiliyə təkan verən bir ölkədən qaynaqlanan ümumi təhlükə ilə mübarizə aparmalıyıq. Bu İrandır! O Livanda, Suriyada, Yəməndə, İraqda və başqa yerlərdə öz proksiləri vasitəsilə bunu edir. Biz qüvvələrimizi birləşdirsək, onları dayandıra bilərik.

“Mən çox nikbinəm ki, biz ərəb-İsrail münaqişəsinin başa çatacağını görəcəyik”

– Siz İsraillə ərəb ölkələri arasında imzalanmış Abraham Sazişlərini və tərəflər arasında münasibətlərin normallaşmasından bəhs etdiniz. Yeni hökumətin formalaşmasından sonra münasibətlərin normallaşmasının davam etdirilməsi istiqamətində addımlar gözləmək olarmı? Demək istəyirəm ki, İsraildəki seçkilərin nəticələrinə görə, İordaniya kimi bəzi ölkələr öz narahatlıqlarını ifadə etdilər, bu yaxınlarda bununla bağlı bir məqalə oxumuşdum.

– Biz hamımız insanıq. Bəzən narahat oluruq, bəzən daha az narahat oluruq, bu normaldır. Amma nəticə etibarilə İsrailin, İordaniyanın, BƏƏ-nin maraqları var – hamı birgə işləməyin tərəfdarıdır. Bizim başqa seçimimiz yoxdur. Nəinki bizim başqa seçimimiz yoxdur, bu, xalqlarımızın iradəsidir, bu, təhlükəsizlik, həm də iqtisadiyyat, ticarət, mədəni mübadilə və digər sahələrdə xalqlarımızın potensialını reallaşdırmaq yoludur. Seçkilər həmişə qeyri-müəyyənlik yaradır, bəzən insanlar narahat olur, amma nəticə etibarilə yeni hökumətimiz olacaq və o hökuməti qəzetlərdə gedən yazılara görə deyil, onun əməllərinə görə qiymətləndirmək lazım gələcək. Beləliklə, mən çox nikbinəm ki, işlər normal vəziyyətə qayıdacaq və münasibətlər güclənəcək. Unutmayın ki, Abraham Sazişini imzalayan Baş nazir Benyamin Netanyahudur və o, indi Baş nazir postuna yenidən qayıdır. Beləliklə, mən onun Abraham Sazişlərini necə daha da genişləndirəcəyini görməyi səbirsizliklə gözləyirəm. Son bir neçə gündə o, mediada bu barədə – Abraham Sazişlərini genişləndirmək barədə, bu sazişin daha çox ölkəni cəlb edəcəyi barədə danışıb. Mən çox nikbinəm ki, biz ərəb-İsrail münaqişəsinin başa çatacağını görəcəyik.

“Sizə onu deyə bilərəm ki, hətta Bakıda, Türkiyədə və ya hər yerdə İran bacardığı qədər hücum edəcək”

– İsraildə may ayında baş verən müxtəlif hücumlar nəticəsində 10-dan çox adam həlak olub. Bir neçə gün əvvəl daha bir terror aktı baş verdi. İsrail hökumətinin bu istiqamətdə atdığı addımlar barədə nə deyə bilərsiniz...

– Təəssüf ki, terrorçuluq onilliklər boyunca həyatımızın bir hissəsi olub. Amma xoşbəxtlikdən vəzifəsi bunun qarşısını almaq olan güclü ordumuz və güclü təhlükəsizlik qüvvələrimiz var. Bıçaqlanma və ya iki həftə əvvəl baş verən avtobusa hücum barədə vaxtaşırı eşidirik. Ancaq məlumatlara baxsanız, son onillik terror hücumları baxımından İsraildə ən sakit onillik olub, çünki biz bu hücumların çoxunun qarşısını ala bilmişik. Ancaq xatırlamaq lazımdır ki, israillilərə qarşı terror hücumlarının – bu raket hücumları da ola bilər – bir nömrəli katalizatoru İrandır. Qəzzadəki İslami Cihadçıları kim maliyyələşdirir və dəstəkləyir? HƏMAS-ı kim dəstəkləyir? Livanda Hizbullahı kim dəstəkləyir? Onlar bu hücumları təkcə israillilərə və ya İsrailə qarşı etmirlər.

Cəmi bir neçə ay əvvəl onlar Türkiyədə, İstanbulda israillilərə hücum etməyə çalışdılar ki, bu da, əslində, İsrail və Türkiyəni yaxınlaşdırdı. Çünki kəşfiyyat və müdafiə nazirliklərimiz və aparatlarımız arasındakı əməkdaşlıq sayəsində biz təkcə İranın İsrailə qarşı terror hücumlarının qarşısını almadıq, həm də onları dayandırmaq və həbs etmək imkanına malik olduq. Türkiyə bunu İsrailin köməyi ilə bacardı, İstanbulda 4 iranlı terrorçu həbs olundu. Bu, böyük uğurdur və İsrail ilə Türkiyənin İran terrorçuluğuna qarşı təhlükəsizlik sahəsində əməkdaşlıq potensialını göstərir.

Keçən ay İran Gürcüstanda israilli iş adamına sui-qəsd törətməyə cəhd edib, bu, mediada dərc olundu. Yenə də Gürcüstan hakimiyyəti ilə kəşfiyyat sahəsində əməkdaşlıq etməklə biz iranlıların həmin iş adamını öldürməsinin qarşısını ala bildik. Sizə onu deyə bilərəm ki, hətta Bakıda, Türkiyədə və ya hər yerdə İran bacardığı qədər hücum edəcək. Mən şadam ki, Azərbaycan bu yaxınlarda İran casusları şəbəkəsini həbs edib. Amma bu, həm də narahatlıq mənbəyidir ki, İran getdiyi yerdə dayanmır. Bölgəyə xaos, zorakılıq, nifrət, qadın düşmənliyi gətirəcək bir şəbəkə qurmağa çalışır. Nəticə etibarilə bu, həmin ölkədir ki, öz qadınlarını öldürür, öz xalqına zülm edir, insanların öz dillərində danışmaq hüququnu tanımır, dindarların öz inanclarını həyata keçirmələrini inkar edir. Bu elə bir ölkədir ki, dünyaya daha çox terror, zorakılıq və nifrət gətirməkdən başqa heç bir töhfə vermir.

– İstanbulda və ya Tbilisidə baş verənləri nəzərə alaraq İsrail XİN vətəndaşlara region ölkələrə səfər etməmək barədə xəbərdarlıq edəcəkmi?

– Bizim səyahət xəbərdarlığı sistemimiz var, vəziyyətin son dərəcə təhlükəli olduğunu görəndə bütün ölkələrin etdiyi kimi biz də öz vətəndaşlarımıza müvafiq məsləhətlər veririk. Bunu təkcə İsrail yox, Azərbaycan, ABŞ, Avropa ölkələri, Böyük Britaniya və digərləri edir, bu istər terror təhdidləri, istərsə də COVID-19 pandemiyası təhlükəsi ilə bağlı ola bilər. Beləliklə, biz davam edəcəyik, terrorla təhdid edilərək susdurulmayacağıq, həyatımızı yaşamaqdan, dünyanı gəzib-görməkdən vaz keçməyəcəyik. Getdikcə daha çox israillinin dünyanı gəzdiyini görmək, on minlərlə israillinin Bakıya gəldiyini, on minlərlə israillinin Türkiyəyə, Gürcüstana və digər yerlərə getdiyini görmək bizim qorxmadığımıza işarədir. Biz həyatımızı yaşamağa davam edirik. Bizi qorxmayacağıq – İsrail, Azərbaycan, Türkiyə kimi dövlətlərin İrana göndərdiyi mesaj da budur.

– Bu regionda baş verən son hadisələr, daha dəqiq desək, İranda etirazlarla bağlı fikrinizi bilmək maraqlıdır. Çünki İran hökuməti baş verənlərə görə ABŞ, İsrail və Səudiyyə Ərəbistanını ittiham edir.

– İran nə İsrailin, nə də Azərbaycanın problemidir, İran qlobal bir problemdir. Bu, dünya üçün problemdir, bu ölkə qeyri-sabitlik yaradır, ölkələr arasında harmonik münasibətləri pozur. Biz onların terror aktları törətməyə çalışdığını, bütün Yaxın Şərqdə hökumətlərin, rejimlərin sabitliyini pozmağa çalışdığını görürük. İsrail və ərəb dünyasının bir ağızdan danışmasının səbəbi birdir, bu (həmrəylik), çox baş vermir, lakin baş verəndə bunu dinləmək lazımdır.

Bizim hamımızın, beynəlxalq ictimaiyyətin etməli olduğu ilk şey İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Çünki onlar indi nə qədər terror və xaosla məşğuldurlar, təsəvvür edin ki, terrorçuluğun bədəlini ödəməmək üçün onlarda immunitet yaradacaq nüvə çətirinə malik olsalar, törətdiklərinin neçə mislini edə bilərlər. Beləliklə, bu, bütün beynəlxalq ictimaiyyətin üzərində işləməli olduğu bir nömrəli məsələdir. İndi də görəndə ki, İran siyasətini dəyişir: Rusiyaya pilotsuz təyyarələr satır, silah verir və s. Hətta Qərbdə də fikirlər dəyişir ki, bəlkə də, Qərb dünyası İranın gələcək nüvə silahı ilə bağlı sakitləşdirmə cəhdlərindən vaz keçəcək və İrana qarşı duracaq, onu dayandıracaq. Bu, asan olmayacaq, lakin sarsıdıcı sanksiyalar, beynəlxalq təzyiqlər və İrana qarşı etibarlı hərbi yollarla buna nail olmaq olar. Beynəlxalq ictimaiyyət fəal olsa, biz İranın nüvə silahı əldə etməsinin qarşısını ala bilərik.

İkincisi, düşünürəm ki, İsrail, Azərbaycan, Türkiyə, ərəb dünyası kimi ölkələr İranın terror, qeyri-sabitlik və zorakılığı bütün regiona yaymağa çalışdığı zərərli fəaliyyətlərinin qarşısını alacaq blok yaratmaq üçün bir araya gəlməlidir. Bu, biz ünsiyyət qurduqca baş verəcək bir şeydir və bu, inkişaf etməyə davam edəcək, çünki İran dünya sülhü üçün, təkcə bizim ölkələrimiz üçün yox, bütün dünya üçün təhlükədir. Dünya onu dayandırmaq üçün birlikdə çalışmalıdır.

“Əgər dünya İran xalqına öz azadlığını, hürriyyətini əldə etməyə kömək etmək istəyirsə, biz onların yanında olmalıyıq”

– İsrailin İranla bağlı maraqlı yanaşması var, İsrail rəsmiləri hər zaman deyir ki, onlar üçün İran hökuməti və İran xalqı fərqlidir. Bu gün İran xalqı etiraz edir, öz mübarizəsində beynəlxalq ictimaiyyət, o cümlədən İsrail İran cəmiyyətini necə dəstəkləyə bilər?

– İran İslam Respublikasının dünya üçün yaratdığı ən böyük faciə başqa ölkələrlə deyil, öz xalqı ilə necə davranmasıdır. İran xalqı böyük xalqdır, hətta yəhudi xalqı ilə münasibətlərdə də zəngin və dərin tarixə malikdir. Bizim həmişə qədim dövrlərin fars hökmdarı Daraya qədər gedib çıxan qədim yaxın dostluğumuz olub. Hətta bu gün də əslən İrandan olan, nənə-babası və ya valideynləri İrandan mühacirət edən israillilərimiz var. Onlar İsfahan, Tehran və ya digər şəhərlər barədə böyük hərarət və sevgi ilə danışırlar. Amma bu (yaxınlıq), İslam Respublikası tərəfindən məhv edilib və bu gün biz İran qadınlarının İran İnqilabı Keşikçiləri Korpusunun qəddar qüvvələri və ya “Əxlaq polisi” və ya “əxlaqsızlıq polisi” tərəfindən öldürüldüyünü və işgəncələrə məruz qaldığını görürük. Uşaqların təqib edildiyini və hücuma məruz qaldığını, hətta bəzi uşaqların İranın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyini görürük. İnsanların normal həyat sürməsinin, öz dillərində danışmasının, inandıqları dinə etiqad etməsinin qadağan edildiyini nəzərə alsaq, İran rejiminin ən böyük qurbanı elə İran xalqının özüdür. Əgər dünya İran xalqına öz azadlığını, hürriyyətini əldə etməyə kömək etmək istəyirsə, biz onların yanında olmalıyıq. Barak Obama bu yaxınlarda verdiyi müsahibədə deyib ki, 2009-cu ildə İranda keçirilən nümayişləri dəstəkləməyərək səhv edib. O, bunun səhv olduğunu deyib. Ona görə də mən Qərb dünyasını, dünyanın bütün nöqtəsində yaşayan insanları 2009-cu ildəki səhvi təkrarlamamağa çağırıram. Biz İran xalqının yanında olmalıyıq. Bütün etnik qruplardan, dinlərdən, siniflərdən və cinslərdən olanlara bildirməliyik ki, dünya İran İslam Respublikası adlı qəddar və mənfur zorakılıq maşınına qarşı onlarla birlikdədir. Bu, bütün dünya ölkələrinə yayılmalı olan mesajdır.

– Son sualım Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlıdır. Bildiyimiz kimi, beynəlxalq ictimaiyyət Ukraynanı özünün ərazi bütövlüyü, suverenliyi və azadlığını müdafiə etməsi üçün dəstəkləyir. Ölkələr Ukraynaya hərbi, humanitar, maliyyə yardımı göndərir. İsrail də bu mənada fəal işləyir, lakin Ukrayna İsraildən hərb yardım istəyir, ancaq İsrail hökuməti hərbi yardım verməyəcəyini bəyan edib. İsrail niyə Ukraynaya hərbi yardım göndərmir?

– Ukraynadakı vəziyyət bizim üçün son dərəcə faciəlidir. Hökumətimiz artıq dəfələrlə Rusiyanın etdiklərini qınayıb və biz ərazi bütövlüyü, həyatı və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqının yanındayıq. Biz ukraynalılara kömək etmək üçün çox işlər görmüşük: istər tikdiyimiz səhra xəstəxanaları olsun, istərsə də Ukrayna və ukraynalılar üçün başqa humanitar addımlar olsun. Amma ölkə olaraq bəzi məqamları da nəzərə almalıyıq. Bunlardan bəziləri milli maraqlardır, hər şeydən əvvəl biz Rusiyada çox böyük yəhudi icmasının olduğu faktını və hər hansı başqa bir mövqe tutacağımız halda bunun bədəlini ödəyəcəyimiz gerçəyini, həmçinin Rusiyanın Suriyada qonşumuz olduğunu unutmamalıyıq. Kimisə işarə etmək lazımdırsa, bu, Rusiyanın Yaxın Şərqə geri dönməsinə və Suriyada özünə hərbi baza yaratmasına icazə verən ölkələr olmalıdır.

Biz Ukraynanı onun azadlıq mübarizəsində dəstəkləməyə davam edəcəyik, lakin, eyni zamanda, məsələ İsrail dövlətinin milli təhlükəsizliyinə və milli maraqlarına qarşı olduqda “qırmızı xəttimiz”də qətiyyətlə dayanmağa davam edəcəyik.

İsrail BMT-də ABŞ və Qərb ölkələri ilə birlikdə Ukraynaya dəstək üçün səs verib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.