Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
***
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Məlumata görə, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.

Şərhlər
Zəfər olsa da yenə amiranə tərzdə sanki, havaya irad-etiraz buraxırıq? Nədən, İrəvana, Xarici Missiyaya, Media dolağı ilə onun dövlətinə birbaşa müraciət edilmir ki, *Bu Sülhməramlı Hərbi Atəşlərmi?* Axı, Ermənistan çoxdan Kremlin mütəmadi Hərbi-Texniki dəstəyindən İmtina Etməkdədir?
ermənistan Rusiyanın məsələyə yanaşmasını yoxlayır. Azərbaycan təyyarəsinin qəzası Rusiya ilə Azərbaycan arasında müəyyən sərinlik yaratdığından, "dəyərli" qonşu ermənistan bundan bəhrələnmək istəyir.