VII çağırış Milli Məclisin deputatı seçilən Əlibala Məhərrəmzadə Qubadakı məşhur “Şahdağ Turuskavets” Sanatoriyasını borc əvəzinə təhvil verib.
“AzPolitika” xəbər verir ki, bu barədə "gununsesi.info"-ya iş adamına yaxın mənbələr bildirib.
Xatırladaq ki, hələ parlament seçkilərindən öncə sayt Əlibala Məhərrəmzadəni külli miqdarda borc içində olduğunu yazmışdı.

Yeni məlumata görə, borc problemini həll edə bilməyən deputat sonda məşhur obyektini təhvil verməli olub. Həmin obyektin 20 milyon manat dəyərində olduğu bildirilir.
Məsələ ilə bağlı Əlibala Məhərrəmzadənin özünün mövqeyini öyrənmək mümkün olmayıb.


Şərhlər
Bu borcun nə qədəri MSK-ya deputat yazılmaq üçün veriib?
Azərbaycan kimi yer altı,yer üstü sərvət olan ölkənin vətəndaşları niyə belə əlil,misgin gündə yaşamağa məhkum edilib? Məmurnlar bu xaıqı niyə düşünmür?
Bu borc deputat olmaq üçün alınıbməş?Bəs rüşvət kimə verilib?Məzahirə?
Bir soran yoxur ki.ay vətəndaş bu 20 milyon sənə haradandır? Axı 20 milyon 20 manat deyil! Niyə ölkə belə zöz başına buraxılıb və bəzi adamların fəaliyyətinə diqqət edilmir? bir sadə vətəndaş 50 manat qazanrsa onun 18 aizi ƏDV ad ilə.qalan hissəsi faizlə vergiyə sərf olunur.bəs bu 20 000 000 manat?f
Deputatlar deyir :
Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim ucalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var