Menu

Nazir ali məktəb müəllimlərinin imtahandan keçirilməsi təklifinə münasibət bildirib

15.12.2022, 13:43
Nazir ali məktəb müəllimlərinin imtahandan keçirilməsi təklifinə münasibət bildirib

“Ali məktəblərin müəllimlərinin imtahandan keçirilməsi məsələsi çox qaldırıldı”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Emin Əmrullayev bu məsələdəki çətinlikləri açıqlayıb: “Amma ali məktəblərdə professorlar, elə sahə müəllimləri var ki, onlar təkdir. Biz onları necə imtahan edək? Onlara sualı necə yazaq?”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol