Ötən gün Xırdalanda 11-ci sinif şagirdi intihar edib.
Belə ki, Xırdalan şəhəri 10 saylı tam orta məktəbin 11-ci sinif şagirdi İlqar Əlizadə yaşadığı binanın 11-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub. Modern.az-ın əldə etdiyi məlumata əsasən 17 yaşlı İlqar Əlizadə ailədaxili problemlər səbəbindən intihar edib.
Yaxınlarının bildirdiyinə görə, İlqar Əlizadənin atası hər gün anasına qarşı şiddət göstərirmiş. İlqar bunu qəbul etmədiyi, ailədaxili münaqişələrə dözmədiyi üçün psixoloji sarsıntılar keçirir, depressiv olurmuş. Nəticədə atasının hərəkətlərindən bezən məktəbli həyatına son qoyub.
Yoldaşlarının bildirdiyinə görə, 11-ci sinifdə oxuyan İlqar dərs əlaçısı, nümunəvi şagird olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Şərhlər