Menu

“YOLA NƏZARƏT VARDANYAN LAYİHƏSİNİN DAĞIDILMASIDIR” – “Proses artıq milli müstəviyə çatıb”

15.12.2022, 15:57
“YOLA NƏZARƏT VARDANYAN LAYİHƏSİNİN DAĞIDILMASIDIR” – “Proses artıq milli müstəviyə çatıb”

Laçın yolunda dinç etiraz aksiyası dördüncü gündür davam edir. Günü-gündən aksiyaçıların sıraları genişlənir, onlara yeniləri qoşulur. Xankəndində isə yolun bağlı qalmasından dolayı yaranmış iqtisadi, psixoloji gərginlik yavaş-yavaş siyasi səhnəyə transfer edir. Separatçı rejimin rəhbərliyində Azərbaycan hökumətinin beynəlxalq hüquqa, ədalətə əsaslanan mövqeyinə qarşı cinayətkar davranışla bağlı fikir ayrılığı müşahidə olunmağa başlayıb. Eyni zamanda Rusiya və qərbli vasitəçilər üçün də sınaq dövrü başlayıb, onlar münaqişənin ədalətli həllini səmimi şəkildə istəyirlərmi?

Politoloq Fərhad Məmmdov aksiya müddətində əldə olunmuş ilkin nəticələri təhlil edib. “AzPolitika.info” onun şərhini təqdim edir:

- Tərəflər öz mövqelərini açıqladılar və sona qədər dayanmağa hazır olduqlarını nümayiş etdirdilər. Azərbaycan aksiya yerində artıq lazımi infrastruktur qurub, hətta dünən futbola baxılırdı, insan resursu da kifayət qədər var.

Ermənistan və Qarabağ erməniləri hərtərəfli müdafiəyə və şikayətlərə keçiblər – bu günə qədər ən yaxşı edə bildikləri budur. Rusiya ilk gün vasitəçilik etdi və gözləmə mövqeyi tutdu, qərarların verilməsində məsuliyyət daşımadı, Azərbaycanın tələblərini çatdırdı və Ermənistanın cavabını dinlədi. Bu mövqe Rusiyanın 44 günlük müharibədəki mövqeyinə bənzəyir, yeganə fərq odur ki, indi Rusiya “yerdədir”, lakin mandatsızdır. Tərəflərdən biri digərinin şərtlərini qəbul edənə qədər gözləyəcəklər;

- Laçın yolu taleyi baş verən hadisələrin əsas mövzusudur. Azərbaycan yola nəzarəti öz üzərinə götürməyi hədəfləyib. Bir neçə ay ərzində Bakı faktlar nümayiş etdirdi: İran diversantlarının şəkillləri təqdim olundu - Volkov bu faktı etiraf etməli oldu, daha sonra mədəndən hasil olunan filizin 2021-ci ildə Ermənistandan ixracının videosu yayıldı və s. Rusiya sülhməramlılarının Azərbaycanda müvəqqəti qalma zonasında proseslərin dinamikası hadisələrin sürətləndirilməsinə şərait yaradıb;

- Rusiya Azərbaycanla birgə nəzarətə razıdırmı? Əlbəttə, yox, amma məcbur olacaq... “Vardanyan layihəsi” baş tutmadı. Bununla belə, güman edirəm ki, Rusiya bu qərarın üçtərəfli formatda verilməsində məsuliyyəti bölüşməyə çalışır. Əgər Azərbaycan Ermənistanla münasibətlərə və Qarabağdakı proseslərə ayrı-ayrılıqda yanaşırsa, Rusiya yenə də bütün prosesləri Ermənistanın iştirakı ilə üçtərəfli formatda müzakirə etməyə və həll etməyə çalışır. Ermənistan Təhlükəsizlik Şurasının katibi İrəvanın sülhməramlıların mandatının müəyyən edilməsinə razı olduğunu, Azərbaycanın isə bundan imtina etdiyini etiraf etdiyini yada salaq. Bakı öz növbəsində Ermənistanın iştirakı ilə Qarabağ məsələsində qərarlar qəbul etmək fikrində deyil. 

Ona görə də Rusiya indi gözləyir, Ermənistanın himayədarlarını Bakıya təzyiqləri artır. Yəni ABŞ, Aİ, Fransanın Azərbaycana qarşı birtərəfli bəyanatları ilə Rusiyanın hazırkı taktikasına tam uyğun gəlir. Bu, Vardanyanı Qarabağda saxlamağa, sülh müqaviləsi prosesini pozmağa, Qərbi proseslərə təsir etmək imkansızlığını nümayiş etdirib, onu nüfuzdan salmağa imkan verir. Məncə, ruslar belə düşünürlər;

- Azərbaycan üçün yola nəzarət vacibdir - bu, reinteqrasiya prosesinin başlanğıcıdır, Qarabağ erməniləri arasında utopik miflərin məhv olması, "Vardanyan layihəsi"nin dağıdılmasıdır.

Digər tərəfdən, əgər Ermənistan yalan danışmırsa və doğrudan da silahlı qüvvələrini Qarabağdan çıxarıbsa, Qarabağa silah-sursat, mina vermirsə, qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul deyilsə, o zaman Azərbaycanın Laçın yoluna nəzarət etməsinə niyə etiraz etməlidir?! Sadəcə Üçtərəfli Bəyanata imza atdığına görə?! Deməli, burada məsələ Ermənistanın təqdim etdiyi kimi deyil, onun yerinə yetirmədiyi başqa məsələlər var!

Hamı - Qərbdən ABŞ, Aİ; Şimaldan isə Rusiya problemi səmimi şəkildə həll etmək istəyirlərsə, Bakıya zəng edərkən, Şərqi və Cənubi Qarabağ ərazisinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf etməlidirlər. “Qarabağ Azərbaycandır”, “Xankəndi" , Ağdərə və Xocavənd - Azərbaycan” yazıb bunu açıq şəkildə ifadə etmək lazımdır. Yoxsa, Bakıda mövqeyə qulaq asıb, amma ona heç bir önəm verməmək olmaz. Proses artıq milli müstəviyə çatıb və bütün tərəddüd edənlər qətiyyətlə qərar verməlidirlər.

Laçın yolunda gedən proseslər həm də vasitəçilər üçün sınaqdır. Azərbaycan vasitəçiləri yoxlayır: Prosesdə Qarabağ erməniləri və Azərbaycanla Ermənistan arasındakı problemin ümumi paketdə həllini görürlərmi? ABŞ və Aİ-nin təqdim etdiyi sülh müqaviləsi layihəsində iştirak edən tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi prosesini Qarabağdakı hadisələrdən asılı vəziyyətə salacaqlarmı? Çünki bu, Azərbaycanın daxili işidir. Bu, vasitəçilərin səmimiyyətinin, dürüstlüyünün sınağıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Cəmşid Dərələyəzli 2022-12-16 12:35:17

Azərbaycanın bu eko dirənişi, sonda Laçın yolunda öz keçid mentəqəsini qurmasına gətirib çıxarmalıdır. Bəli biz bu yolu yenidən inşa etdik və Laçın yolunun açılması ilə bağlı 10 noyabr sazişinə də əməl etdik və hayla da etməkdəyik.Amma İravan həmin sazişdə iki ildən artıqdır Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyin bir faizinə belə əməl etməyib. Xüsusən də infrastrukturun qurulması ilə bağlı. İki gündü Rusiya sülhməramlıların ucbatından yol bağlanıb, erməni seperatçıları bütün dünyaya ses salıblar ki, Xankəndi ermənilərinə humanitar terror edilir. Ermənilər 34 ildir Azərbaycanın Naxçıvan bölgəsinə yolu qapadıblar. Amma dünya indiyə kimi Naxçıvana görə səslərini bir dəfə çıxarmayıb. Ona görə də Ölkə Başçısı demişkən Avropadan gələn balamalar bizi maraqlandırmamalı, Xankəndndə öz suveren haqlarımıza çatmaq üçün səylərimizi daha da artırıb, Laçın yoluna nəzarəti ələ almalıyıq. Çünki, biz bu gün də bilmirik Rusiya bu maşınlarla silah, daşıyır yoxsa dərman.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol