Menu

Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb edilməsi barədə layihə qəbul edilib

16.12.2022, 12:18
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb edilməsi barədə layihə qəbul edilib

Milli Məclis Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələbi ilə bağlı “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilmişdi.

Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Şərhlər

dadaşyev 2022-12-16 14:34:54

Nə yaxşı!Millətin ən taleyüklü məsələsi nəhayət həll olundu.Artıq sülhməramlı deyilən işğalçılar qorxub camaatımızı Xankəndinə buraxacaqlar. Nömrəsiz moped qaişnik cibinə girməyən ikitəkərli pul idi,qaişniklərin gözlərinin qabağından quş kimi uçub gedirdi bu vaxta qədər,tutammırdılar.Artıq Milli Məclisdəkilərin ölənlərinə rəhmət oxuyacaqlar hər gün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol