"Azərbaycanda şənbə-bazar və bayram günlərində banklar işləmir. Başa düşürəm ki, istirahət edirlər. Bəs vətəndaşlar, xüsusi ilə turistlər pulunu necə dəyişsinlər?"
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rüfət Quliyev deyib.
"Qanuni lisenziya ilə işləyən 3-5 min valyutadəyişmə məntəqəsi ləğv edildi və bu səlahiyyət banklara verildi. Zəhmət olmasa, yenə də bu məsələyə baxılsın, insanlar əziyət çəkməsin", - deyə o qeyd edib.


Şərhlər
Birdən təzədən bərpa edilsə,onda bəs poçtlarda özlərinə yuva salan,qara bazarın axırı necə olacaq,yazıqlar bilirsiniz bu yolda nəqədər" əziyyət"çəkiblər,banklardakı həmkarlarını kütləvi şəkildə poçtlarda yerləşdirdilər,bədbəxt poçt işçilərini iti qovan kimi qovdular,indidə başqa bir variant.