Menu

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketdə nələr var?

16.12.2022, 13:20
Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketdə nələr var?

Avropa İttifaqına üzv ölkələr Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Moskvaya qarşı sanksiyaların 9-cu paketini razılaşdırmağa çalışır. .

Paketin məhdudlaşdırıcı tədbirlərinin arasında Rusiyaya hər hansı pilotsuz uçuş aparatlarının və bu aparatlar üçün mühərriklərin satılması qadağanı da olacaq. Bu da qeyd olunur ki, PUA-ların və dron mühərriklərinin onları sonradan Rusiyaya ötürə biləcək ölkələrə satışı da qadağan oluna bilər.

Avropa İttifaqı habelə Rusiyanın dağ-mədən sektoruna hər hansı yeni investisiyaları qadağan edəcək.

Bundan başqa Rusiyaya potensial olaraq hərbi məqsədlərlə istifadə oluna biləcək mülki texnologiyaların ixracına ciddi nəzarət qoyulacaq.

Qeyd edək ki, Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsi zamanı bir sıra Şərqi Avropa ölkələri bəzi üzv ölkələrin sanksiyaları yumşaltmaq cəhdlərini tənqid ediblər. Diplomatlar bildirirlər ki, sanksiyaların kompromislə əldə olunmuş siyahısına daha 200 nəfərin adı əlavə olunacaq.

Sanksiyaların 9-cu paketinə dair rəsmi bəyanatın bu gün veriləcəyi gözlənilir. Sanksiyalara dair müzakirələrin uzanması habelə Rusiya gübrəsinin Avropa limanlarından keçməklə ixracına icazə verilməsi ətrafında mübahisələrlə bağlı idi.

Avropa İttifaqının bir sıra ölkələri Rusiya gübrəsinin, hətta onların sahiblərinin sanksiya altında olan oliqarxlar olduğu təqdirdə belə Avropa limalarından keçməsinə icazə verilməsinə tərəfdardırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol