Menu

Mərkəzi Afrika Respublikasındakı "Rus evi"nin rəhbərinə sui-qəsd olub

16.12.2022, 17:20
Mərkəzi Afrika Respublikasındakı "Rus evi"nin rəhbərinə sui-qəsd olub

Mərkəzi Afrika Respublikasındakı “Rus evi” Mədəniyyət Mərkəzinin direktoru Dmitri Sıtıy sui-qəsd nəticəsində ağır yaralanıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Banqidəki diplomatik missiyasının mətbuat attaşesi Vladislav İlyin bildirib.

D.Sıtıya göndərilən bağlama açılan zaman partlayıb.

V.İlyın onun vəziyyətinin ağır olduğunu deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol