Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib.
“Report” xəbər verir ki, siyahıda Boris Korçevnikov, Marina Kim, Qriqori Leps, Dmitri Puçkov, Nikita Mixalkov da yer alıb.
Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.
Bundan əlavə, Moskva Kredit Bankı, Ümumrusiya Regional İnkişaf Bankı və Uzaq Şərq Bankına, partiyalardan "Vahid Rusiya", LDPR, "Ədalətli Rusiya" partiyalarına qarşı sanksiyalar tətbiq edilib.
Rəsmi şəxslərdən Rusiyanın mədəniyyət, elm və təhsil nazirləri, həmçinin Dövlət Dumasının 40 deputatının adı "qara siyahı"ya düşüb.


Şərhlər