Menu

“Rusiyanın güc toplayacağına şübhə edirəm...” - Məhşur amerikalı general Zalujnıy ilə razı deyil

17.12.2022, 13:47
“Rusiyanın güc toplayacağına şübhə edirəm...” - Məhşur amerikalı general Zalujnıy ilə razı deyil

Amerikanın Avropadakı quru qoşunlarının sabiq komandanı, general-leytenant Ben Xoces Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnının “The Economist”-ə verdiyi son müsahibədə səsləndirdiyi bəzi fikirlərlə razı olmadığını bildirib. Onun əsas narazılığı ukraynalı generalın "Rusiya 200 min yeni əsgər hazırlayır, şübhə etmirəm ki, onlar yenidən Kiyevə hücum edəcəklər” fikri ilə bağlıdır.

“AzPolitika.info” xəbər verir ki, məşhur amerikalı general öz sosial şəbəkə səhifəsində Rusiyanın tezliklə güc toplayıb, fevral ayında Kiyevə doğru hücuma başlayacağına inanmadığını bildirib: “Mən şübhə edirəm ki, Rusiya bu müddət ərzində, xüsusilə də lazımi keyfiyyətdə belə bir güc toplaya bilsin”.

Xoces hesab edir ki, Rusiyanın həyata keçirdiyi son səfərbərlik uğursuzluğa düçar olub. Onun fikrincə, Rusiyanın guya böyük qüvvələr hazırladığına və Kiyevə hücuma hazırlaşdığına dair şişirdilmiş fikirlər Ukryananın xeyrinə deyil. Çünki bu cür bəyanatlar həm də Qərbdə Rusiyanın xeyrinə işləyən və Ukraynaya hərbi yardımı əngəlləmək üçün bəhanə axtaranların maraqlarına xidmət etmiş olur.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol