Menu

Təbrizdə daha bir qadın fəal həbs edildi - FOTO

17.12.2022, 19:55
Təbrizdə daha bir qadın fəal həbs edildi - FOTO

Təbrizdə daha bir qadın fəal həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, Vahidə Xanpur dekabrın 14-də İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən atasının evindən aparılıb.

Onun həbsinin səbəbləri və hara aparıldığı barədə dəqiq məlumat yoxdur.

Məlumata görə, o, bundan əvvəl etiraz aksiyaları zamanı bir neçə dəfə təhlükəsizlik orqanları tərəfindən telefon vasitəsilə təhdid edilib.

Xatırladaq ki, bundan əvvəl Təbrizdə Fatimə Məhəmmədi, Məhləkə Babazadə həbs edilib, Aylar Həqqi isə aksiyalar zamanı qətlə yetirilib.

Şərhlər

rejim başçısına 2022-12-17 22:21:36

ey xameneyi sən öz çalmanla edam ediləcəksən!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol