Menu

Səudiyyə Ərəbistanının nümayəndə heyəti “Ağıllı kənd”də olub - FOTOLAR

18.12.2022, 16:29
Səudiyyə Ərəbistanının nümayəndə heyəti “Ağıllı kənd”də olub - FOTOLAR

Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyəti Zəngilanda “Ağıllı kənd”də olublar. “Report” xəbər verir ki, onlara “Ağıllı kənd”in mahiyyəti, layihə çərçivəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir.

Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək.

Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol