Menu

Roma Papası taxt-tacdan imtina ilə bağlı sənəd imzalayıb

18.12.2022, 16:31
Roma Papası taxt-tacdan imtina ilə bağlı sənəd imzalayıb

Roma Papası Fransisk səhhətinin ciddi şəkildə pisləşəcəyi təqdirdə taxt-tacdan imtinası ilə bağlı sənəd imzalayıb.

"Report" xəbər verir ki, bu barədə pontifik İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.

"Tibbi və ya başqa bir səbəbdən maneə yaranarsa, mənim imtinam budur", - pontifik deyib.

O, həmçinin 2013-cü ildə son bir neçə əsrdə taxtdan imtina edən ilk Papa olmuş XVI Benediktə tez-tez baş çəkdiyini vurğulayıb. Frensis 95 yaşlı Benedikti “müqəddəs” adlandırıb.

Qeyd edək ki, Fransiskin dekabrın 17-də 86 yaşı tamam olub.

Şərhlər

t.ədalət 2022-12-19 00:27:57

Bütün zamanlarda müharibələri kilsələr tətikləyir.Kilsələr həmişə casus şəbəkəsinin mərkəzi olur.Elə bizim "Salyanski" kazarmasına bitişik xristian kilsəsi də yarandığı gündən rus kəşfiyyatının sığınacağına çevrilib.Azərbaycan ordusundakı Rusiya hərbi məktəblərini bitirmiş satqın zabitlər bu kilsədən təyinat alırlar.Kilsə xüsusi xidmət orqanlarının nəzarəti altında olmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol