Menu

BDU-dan Altay Göyüşovla bağlı təkzib gəldi

13.11.2013, 12:31
BDU-dan Altay Göyüşovla bağlı təkzib gəldi

“Altay Göyüşovu işdən çıxarılmayıb”. Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin mətbuat xidmətindən bildiriblər.

Altay Göyüşov isə Facebook-da yazıb ki, noyabrin 12-də Bakı Dövlət Universitetinin rəhbərliyi ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib. A.Göyüşov deyir ki, dərs gedə-gedə onu audioriyadan çıxarıblar. Altay Görüşovun sözlərinə görə, bunun səbəbi Facebook-dakı fəallığıdır."Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır", - Altay Göyüşov yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol