Menu

Paşinyan Təhlükəsizlik Şurasının toplantısını keçirir

19.12.2022, 14:58
Paşinyan Təhlükəsizlik Şurasının toplantısını keçirir

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırıb. 

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, iclasda TŞ-nın daimi üzvlərindən başqa, prezident Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Arayik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, maliyyə naziri Tiqran Xaçatryan, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, Parlamentin “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan, müdafiə nazirinin müavini Karen Brutyan da iştirak edir.

"İclasda biz geniş spektrli məsələləri, o cümlədən regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edəcəyik", - Paşinyan bildirib.

Xatırladaq ki, Baş nazir TŞ-nınbundan əvvəlki iclasını dekabrın 13-də Azərbaycanlı aktivistlərin Laçın yolunda aksiyaya başlamasından bir gün sonra keçirmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol