Putin təyyarəsinin vurulmasından qorxur - “İz azdırmaq” üçün havaya bir neçə təyyarə qaldırıldı

Bu gün Vladimir Putinin Belarusa rəsmi səfəri başlayıb. 

“AzPolitika.info” xəbər verir ki, Minskə təyyarə ilə yola düşən Rusiya başçısının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Ukrayna mətbuatında maraqlı məlumatlar dərc edilib.

Məlum olub ki, Putinin hansı təyyarə ilə uçduğunu gizlətmək üçün Moskva vaxtı ilə saat 14.25-14.45 aralığında Moskva və Sankt-Peterburq şəhərlərindən havaya Rusiya Prezidentinə aid 3 təyyarə qalxıb: “Belarusun hava məkanına içərisində Putinin olduğu “RA-96022” bort nömrəli “Ил-96-300ПУ” təyyarəsi daxil olub. O, saat 14.25-də Sankt-Peterburqdan havaya qalxıb. Reysin nömrəsi RSD111-dir. Konspirasiya üçün saat 14:30-da isə Moskvanın “Vnukovo” Hava Limanından “RA-96020” bort nömrəli daha bir “Ил-96-300ПУ” havaya qaldırılıb. Bundan başqa Sankt-Peterburqa Putinin “RA-96022” və “RA-96014” bort nömrəli daha iki təyyarəsi gətirilib. Onlardan da ikincisi Putinin olduğu təyyarə havaya qalxandan sonra havaya qaldırılıb”.

Xəbərdə deyilir ki, Kreml sahibinin təyyarəsini qırıcılar müşayiət edib və bütün bunlar “iz azdırmaq” üçün və Putinin təyyarəsinin vurulması qorxusundan irəli gələrək edilir.

Qeyd edək ki, təkcə Putin deyil, Rusiya hökumətinin demək olar, bütün üzvləri Belarusa rəsmi səfərdə iştirak edir. Müdafiə naziri Sergey Şoyqunun və XİN başçısı Sergey Lavrovun Putindən əvvəl Minskə gəldiyi bildirilir. Səfər çərçivəsində hökuməıt üzvlərinin geniş tərkibli, eləcə də Putinlə Aleksandr Lukaşenkonun təkbətək görüşü gözlənilir.

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar