Menu

FHN-nin İNZİBATİ BİNASINDA XINAYAXDI... - Nazir açıqlama verdi + VİDEO

19.12.2022, 19:02
FHN-nin İNZİBATİ BİNASINDA XINAYAXDI... - Nazir açıqlama verdi + VİDEO

Sosial şəbəkədə Fövqəladə Hallar Nazirliyinin xanım işçilərinin, ehtimal ki, qurumun inzibati binasında xınayaxdı mərasimi keçirdiklərini əks etdirən görüntülər yayılıb. Videoda xanım işçilərin xidməti geyimlərində qadın məclisi təşkil etdikləri öz əksini tapıb.

Məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Unikal”a açıqlama verib: “Bu, şəhid ailəsinin qızının məclisidir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var? Tərbiyəsiz hal var?"

"Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”, - deyə nazir qeyd edib.

Şərhlər

turan 2022-12-20 14:43:27

Doğurdan da burda qeyri adi nə var ki, bütün iş yerlərində belə kiçik məclislər təşkil olunur..

Ramin 2022-12-20 13:40:00

Allah xoşbəxt etsin.Hamımız şəhidlərimizə,qazilərimizə
Borcluyuq.Məncə çox gözəl alqışlanacaq bir addım.bu işde iradı ancaq xalq düşmənləri deyər

zahid 2022-12-20 11:02:41

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid qızını da xoşbəxt eləsin

Elmira 2022-12-20 08:47:15

Kəmaləddin bəy düz buyurur.

Vetendaş 2022-12-19 23:27:10

Yaxşı iş yeridi ad çıxartdı. )

N.Seyfeli. 2022-12-19 22:12:33

Kemaleddin muellim duz deyir, hele sovetler dovrunde, nahar fasilesinde adgununu qeyd edirdiler, burada qebahet gorulesi bir shey yoxdur; haminin imkani yoxdur ki, temteraqli kecirsin.

Eli 2022-12-19 21:45:31

Orijinal cavab verib hörmetli nazir.Ancaq şehid quzına xınayaxma merasimi keçirmek çox teqdirelayiq bir ildir ve bu merasim iş yerinde-nazirlikde herbi paltarda yox ,balaca bir restoranda hemin adamlarla mülki oaltarda keçirilseydi daha düzgün ve mükemmel olardı.Çünki herbi paltarda iş vaxtı keçirilen bele şadluq merasiminde adam özünü iclasda olmuş kimi hiss ederve bu gözel tedbir istenilwn effekti vermez.

t.ədalət 2022-12-19 19:55:47

Şəhid ailəsinə ehtiram göstərmək hamımızın borcudur.Buna irad tutanların,şübhəsiz,ermənilərlə qan bulaşığı var.

Səbuhi 2022-12-19 19:15:14

ƏZİZ JURNALİSTLƏR, NƏ QEYRİ ADİ HADİSƏ BAŞ VERİB? BURADA NƏ VAR Kİ?. YƏNİ KOLLEKTİVİ KOLLEKTİV EDƏN XEYİR ŞƏRDİ. BU HAL DİGƏR QURUMLARDADA BAŞ VERƏ BİLƏR. BU CÜR TƏDBİRLƏRDƏ NƏ SƏ AXTARMAQ YERSİZDİR. ALLAH XOŞBƏXT ELƏSİN AMİN. ALLAH XALQIMIZA DAİM XOŞ GÜNLƏR NƏSİB ETSİN AMİN. ALLAH HƏR BİRİMİZİN BALALARIMIZA TOY NƏSİB ETSİN AMİN AMİN AMİN İNŞAALLAH

Alik 2022-12-19 19:07:31

Bunu ictimailesdirmeyin menasi nedir anlamiram.Exlaqsizliq etmeyiblerki bunu tez sosial sebekelerde paylasirsiniz?.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol