Rusiya diktatoru Vladimir Putin artıq faktiki olaraq, Ukraynada müharibəni uduzub, ən azı strateji nöqteyi-nəzərdən. Bu fikri istefada olan amerikalı general Barri R. Makkefri MSNBC-nin efirindən Ukraynadakı müharibəni müzakirə edərkən səsləndirib.
Xəbəri «Newsweek» yayıb («UNİAN»).
Makkefri ABŞ ordusunda 1964-1996-cı illər arası qulluq edib, karyerasının sonundan isə hərbi ekspert kimi çıxış edir.
Aparıcı soruşub ki, Ukraynaya qarşı müharibədə o, RF-nin fəaliyyətini necə qiymətləndirir və qeyd edib ki, onun öncəki proqnozları gerçəkləşibmi.
Generalın fikrincə, Rusiya gələn ilin baharında hücumu bərpa edə bilər. Hər necədirsə, bu cəhdlər həddindən artıq çılğınlıq olardı.
«Mən, hesab edirəm ki, onlar bunu etməyə (hücumu bərpa etməyə) cəhd göstərəcəklər. Onlar çılğındırlar. Strateji olaraq, mən hesab edirəm ki, onlar artıq müharibəni uduzublar. Operativ planda onlar faktiki olaraq, çox aktiv, aqressiv Ukrayna silahlı qüvvələri ilə bacarmaq gücündə deyillər. Hazırda onlar elə mövqeyə çəkiliblər ki, Ukraynanın mülki infrastrukturunun böyük hissəsini məhv etmək istəyirlər, amma mən, görmürəm ki, onlar Odessanın və ya Xarkovun ələ keçirilməsi təşəbbüsünü bərpa etmiş olsunlar. Mən, hesab etmirəm ki, bu, baş verəcək» - Makkefri deyib.
General qeyd edib ki, rusiyalılar həddindən artıq çox hərbi texnika və şəxsi heyət itiriblər, amma öz səhvləri ilə bacarmağı öyrənməyiblər.
«Onların material-texniki bazası qaydasında deyil. Onların istehsal bazaları bu müharibə ilə ayaqlaşa bilmir, Qərb Ukraynanın tərəfində qalmaqdadır və mən düşünrəm ki, belə də davam edəcək» - general deyib.
AzPolitika.info


Şərhlər