Menu

“28 may” metrostansiyasında basabas - "Problem kardinal qərarlar tələb edir" (VİDEO)

20.12.2022, 16:17
“28 may”  metrostansiyasında basabas - "Problem kardinal qərarlar tələb edir" (VİDEO)

Dekabrın 20-də paytaxt sakinləri səhər saat 9:00-a yaxın müşahidə olunan basabası sosial şəbəkələrdə paylaşıblar. Həmin vaxt şəhərin mərkəzində sakinlərin bir çoxu, eləcə də Neft Akademiyasının minlərlə tələbəsi işə və dərsə can atıb. 

Onların sırasına vağzala tələsən və ölkə rayonlarına gedənlər və ya şəhərətrafı qatarlara minmək istəyənlər də əlavə olunur.

Oxşar vəziyyət axşam saatlarında, adamlar işi və dərsləri bitirdikdə də baş verir.

Bu vəziyyətin bir neçə səbəbi var: qatarlar arasında çox uzun intervallar, eskalatorların sürətinin həddən artıq aşağı olması, adamların istər-istəməz çıxışda ləngiməsi. Nəhayət, “28 may” da daxil olmaqla, üç mərkəzi metro stansiyası əvvəldən çox kiçik inşa edilib və pik saatlarda sərnişinlər, sadəcə, oraya sığmırlar.

Belə vəziyyət gec-tez faciəvi nəticələrə gətirib çıxaracaq və ilk növbədə ürəyi zəif olanlar və uşaqlar əziyyət çəkəcəklər. Platformada basabas sərnişinlərin relslərə düşməsinə səbəb ola bilər.

Problem kardinal qərarlar tələb edir, lakin vəziyyətdən çıxış yolları ciddi müzakirə olunmur. /"Turan"

Şərhlər

dadaşyev 2022-12-20 23:49:47

A balam,28 may metrosu hələ sovet vaxtından həmişə basabas olub xüsusilə axşamlar saat 10-11 arası,bu günün problemi deyil yəni.AZİ-nin axşam tələbələri o saatlarda çıxırdılar dərsdən.Zarafat deyil,AZİ-nin üç böyük korpusundan ikisi-Əsas bina və Təzə korpus metronun qarşısındadı,köhnə korpus da bir az aşağıda,Domsovetə çatmamış.Millət bezib Sahil metrosuna gedirdi ki oradan minsin metroya.Hələ o vaxtlar trolleybus və tramvaylar da vardı.AZİ-nin yataqxana şəhərciyinə daşıyırdı axşamlar tələbələri tramvaylar.İndi onlar yoxdu,əvəzində yekə-yekə Jeep-lər var.Bir də işsizlik üzündən rayonlardan,kəndlərdən axın-axın gəlib şəhəri dolduranlar.Tramvay və trolleybusları yenidən tikin,camaat seyrəlsin bir az küçələrdə.Bir də rayon və kəndlərdə işyerləri açın ki,camaat aclıq üzündən gəlib paytaxta doluşmasın.

Anar 2022-12-20 18:10:07

Bunu yazırsız ki, problemin həllinə diqqət çəkəsiniz. Bizimkilər ağıl işlətmək yerinə ən asanı olan metronun qiymətlərini qaldıracaqlar ki, kasıblar, tələbələr canı çıxsın piyada getsin. Vəssəlam.. Problem həll olunacaq. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol