Menu

Keçmiş icra başçısı azadlığa buraxıldı – Vəkildən açıqlama

20.12.2022, 17:25
Keçmiş icra başçısı azadlığa buraxıldı – Vəkildən açıqlama

Qubadlı Rayon İcra Hakimiyyətinin iki ay öncə Polşada saxlanan keçmiş başçısı Elxan Nuriyevin azadlığa buraxıldığı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

E.Nuriyevin vəkili bildirib ki, Polşa məhkəməsi Azərbaycanın İnterpola müraciətinə əsasən saxlanılan E.Nuriyevi onlara təhvil verməkdən imtina edib. Amma, hələlik, bu məlumatı məhkəmədən dəqiqləşdirmək mümkün olmayıb.

Keçmiş icra başçısı bu ilin oktyabrın 2-də Azərbaycan tərəfindən İnterpola verilən müraciətə əsasən saxlanmışdı. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, o, 1993-cü ildə baş verən bir sıra xüsusilə ağır cinayətlərin törədilməsində təşkilatçı kimi şübhəli sayılır. Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, (Qəsdən təkrar adam öldürmə) 29 (Cinayət etməyə cəhd), 120.2.11, 309.2 (Vəzifə səlahiyyətini aşma) və digər maddələri ilə cinayət işi başlanıb: "Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunub".

Bildirilirdi ki, E.Nuriyevin Azərbaycana ekstradisiya edilməsi məqsədilə Baş Prokurorluq aidiyyəti qurumlara sorğu göndərib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol