Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov 8 günlük Bakı səfərindən sonra bu gün MR-ə qayıdıb.
Bu barədə “Ovqat.com” saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Talıbov bir həftədən artıq paytaxtda qalsa da, ölkə başçısının qəbuluna düşə bilməyib. “Görünür, ona siyasi iradənin verəcəyi qərarı Naxçıvanda gözləməsi tövsiyə olunub”, - sayt yazır.
O da bildirilir ki, MR rəhbərinin qayıdarkən pəymürdə halı gözdən yayınmayıb.
Onun Naxçıvanda ilk qarşılaşdığı “sürpriz” isə müşayiətçi polis dəstəsinin onun pişvazına çıxamaması olub. Müşayiətçi polis dəstəsinin qayıdışdan bir gün əvvəl ləğv edildiyi bildirilirdi.
“AzPolitika”


Şərhlər
Mənim küt başıma görə dünyadakı möcüzələrə münasibətin 4 tipi var.Biri odur ki,möcüzəni başa düşmürsən,amma heyrət edirsən.Məsəla,Musa peyğəmbərin əlindəki əsanın ilana çevrilməsi.İkincisi odur ki,möcüzəni başa da düşmürsən,heyrət də etmirsən.Məsəla,uçan boşqab tipindən.Deyirsən ola bilər,nə bilim,görməmişəm.Üçüncüsü odur ki,möcüzəni başa düşürsən,amma heyrət edirsən.Məsəla,Misir piramidaları,Semiramidanın asma bağları-filan.Dərk edirsən ki,bunu insan tikib,amma heyrət edirsən ki,belə şey ola bilərmi yəni?Dördüncüsü və ən maraqlısı isə budur ki,möcüzəni başa düşürsən,möcüzə olduğunu da anlayırsan,amma nə işdirsə qətiyyən heyrət etmirsən.Bax bu dördüncü tip yalnız bizim cəmiyyətə xasdı.Məsəla,hamı artıq bildi ki,bu adam dövlətin milyardlarını talan edib,möcüzə bu deyil,yox,hər vəzifəli adam xəzinəni küncünnən-bucağınnan yeyir də,nə var ki bunda,böyük bir iş olub.Möcüzə budur ki,bunu hamının bildiyi halda bu adam rahatca təyyarəyə minib paytaxta gəlir,bir neçə gün qalandan sonra da rahatca təyyarəyə minib Naxçıvana qayıdır.Və heyrət də etmirsən.Nolsun yəni?Adam Bakıya gəlmək istəyib,minib təyyarəyə gəlib də.Xəzinəni dağıdıb deyə gəlməsin?Sonra da qayıdıb gedib evinə-eşiyinə.Getməsin?Zəngəzur dəhlizi açıq deyil axı.Açıq olsaydı Zəngəzur dəhliziylə gələrdi.Ona görə məcbur olub təyyarəylə gəlib.Kosmik gəmiylə,hava şarıyla gələsi deyildi ki.
30 ILDƏ ONA BU DƏHŞƏTLİ CİNAYƏTLƏRİ ETMƏYƏ İMKAN VERİBLƏRSƏ İNDİ DƏ ONA HEÇ NƏ ETMƏYƏCƏKLƏR. MİLLƏTİN XALQIN DA AŞAĞISI 100 MİLYARDINA BİR FATƏHƏ VERİLDİ.
Yəqin şərtlərlə razılaşıb...