Menu

Bakıda iki maşın toqquşub - Sürücü və azyaşlı ölüb

20.12.2022, 19:22
Bakıda iki maşın toqquşub - Sürücü və azyaşlı ölüb

Bakının Xəzər rayonunda, Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, “VAZ-2107”-nin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol