Menu

Medvedev Çin lideri ilə görüşüb - Putinin müraciətini çatdırıb

21.12.2022, 11:56
Medvedev Çin lideri ilə görüşüb - Putinin müraciətini çatdırıb

Çin Xalq Respublikasının sədri Si Cinpin bu gün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat yayıb.

Görüşün Çin liderinin Pekindəki dövlət iqamətgahında keçirildiyi bildirilib.

Bildirilir ki, Dmitri Medvedev Prezident Vladimir Putinin müraciətini Çin lideri Si Cinpinə çatdırıb.

Təhlükəsizlik Şurası rəhbərinin müavininin katibliyindən məlumat verilib ki, Medvedev və Si Cinpin postsovet məkanındakı vəziyyəti, o cümlədən Ukrayna böhranını müzakirə ediblər.

Si Cinpin Medvedevə Ukrayna böhranı ilə tərəflərin rasionallığı, təmkinliliyi qoruyub, hərtərəfli dialoq aparacaqlarına ümid etdiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol