Menu

“Niyə insanlar düşünür ki, uğur qazanmaq üçün təhsilli yox, pullu, yaxşı qohumlu olmaq lazımdır?” - Nazir

21.12.2022, 12:21
“Niyə insanlar düşünür ki, uğur qazanmaq üçün təhsilli yox, pullu, yaxşı qohumlu olmaq lazımdır?” - Nazir

“2013-cü ildə Nazirlikdə islahatlara başlayanda sorğu keçirmişdik. Sual da bu idi ki, həyatda uğurlu olmaq üçün aşağıdakılardan hansı ən vacibdir? Top üçlükdə təhsil yox idi. Onlar fikirləşirdilər ki, həyatda uğur qazanmaq üçün bəxtin, pulun və ya tanışın olmalıdır. Dördüncü yerdə isə təhsil gəlirdi”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda deyib.

Onun sözlərinə görə, bu sorğu daha sonra edilməyib və yəqin ki, 2023-cü ildə yenidən edilə bilər:

“Sorğu zamanı baxarıq ki, gənclərimizin düşüncə tərzi hansı istiqamətə dəyişib. Bu sorğu bütün yaş qruplarını, kənd və şəhərləri əhatə edirdi. Niyə insanlar düşünür ki, həyatda uğurlu olmaq üçün təhsilli yox, bəxtli, pullu, qohumlu olmaq lazımdır? Mənə elə gəlir ki, cəmiyyət həmişə səmimidir. Çox uzun müddət yəqin ki, cəmiyyətdə görüblər ki, təhsilli olmaqla varlı olmaq arasında elə bir ciddi fərq yoxdur. Biz uzun müddət keçid dövründə yaşamışıq. Yaxud da həqiqətən də eyni sinfi bitirən görüb ki, o daha yaxşı oxusa da, sonra hansısa bir sinif yoldaşı təsadüfi hadisə ilə, yaxud hansısa qohumu vasitəsilə iş tapıb. Amma oxuyan iş tapa bilməyib. Biz razılaşmalıyıq ki, uzun müddət cəmiyyət olaraq qohumluq, bəxt və təhsillə bağlı olmayan amilləri işə götürmədə, yaxud məşğulluqda görmüşük. Bir şey defisitdirsə, defisitin ətrafında müəyyən mənada xoşagəlməz praktikalar olur. İşin də defisit olduğu keçid dövründə, ağır dövrlərində belə praktikalar olub deyə, cəmiyyət də belə düşünür. Yoxsa cəmiyyət niyə belə düşünsün?”

Nazir qeyd edib ki, cəmiyyətin başqa cür düşünməsi üçün istər sahibkarlarda, yaxud istənilən işəgötürən yanaşmanı dəyişməlidir:

“Həqiqətən də ən təhsillilərin, ən bacarıqlıların, ən çox uğur qazananların cəmiyyətdəki rolu, rifah səviyyəsi yüksək olduqca inanıram ki, aşağıdan gələn nəsil də o cür düşünməyə başlayacaq. Bu baxımdan rol modellərinin olması çox vacibdir. Ölkə başçısının təşəbbüsü ilə keçirilən “Yüksəliş” müsabiqəsi də buna xidmət edir. Bu müsabiqədə daha bacarıqlı olanlar qalib gəlir, bütün ölkə tanıyır, hamı qəbul edir. Uzunmüddətli vədədə meritakratik mexanizmlərin olması insanların təhsilə olan həvəsini və marağını artıracaq. Təbii ki, həyatda digər faktorlar da həmişə var.

Amma Məleykə xanımın keçirdiyi imtahanların ən yüksək şkalasında olanların 20-30 ildən sonra həqiqətən də gəlib cəmiyyətin qərar verən adamlarından birinə çevriləndə, hamı orda olmaq istəyəcək. Amma bu paylanma ilə digər paylanma arasında qeyri-mütənasiblik görəndə insanlar uğurlu olmağın başqa yollarını axtaracaqlar. Gənclərə uğur qazanmağın sadəcə olaraq başqa nümunələri göstərməliyik. Belə olduqca əminəm ki, bizim sorğularda da təhsil 4-cü yerdən, 3-cü, daha sonra 2-ci və 1-ci yerə gəlib çıxacaq”.

Şərhlər

Səid 2022-12-21 15:47:45

Çünki, pul verib diplom alanlar o qədər çoxdur ki, təhsilli olmaq ilə diplomlu olmaq arasındakı fərq yox olub, hamının diplomu var amma çoxunun savadı yoxdur. Təhsil nazirliyində işləyən hər kəs öz haqqı ilə oradadır? Yox təbii ki! Türkiyənin dövlət universitetindən məzunam iki ayrı magistratura təhsilim var amma mən bu ölkədə işsizəm. Sizcə niyə cənab Nazir?! Bu sualın cavabı sizin dediyiniz mövzunun da tam izahıdır.

dadaşyev 2022-12-21 15:20:59

Suala bax daa."Niyə insanlar düşünür ki, uğur qazanmaq üçün təhsilli yox, pullu, yaxşı qohumlu olmaq lazımdır?"Necə yəni niyə?Bu başına daş düşmüş millət,bu günahsızkən günahkar olan millət,bu nəyin cəzasını çəkdiyini özü də bilməyən anlamayan bədbəxt millət elə bircə Səyavuş Novruzova baxanda bunu dərk etmirmi yəni?Bu qədər xəzinəni soyub talayan vəzifəlilərin iki eşşəyin arpasını bölməyə qadir olmadıqlarını görmürmü millət?

X 2022-12-21 14:45:53

GÖRÜNƏN DAĞA NƏ BELEDCI???

omar 2022-12-21 14:16:11

Suala cavab:çunki sizlər buna bariz nümunəsiniz.

Möhtərəm nazirə 2022-12-21 14:07:17

4-cü yerdə təhsilin gəlməsi Azərbaycanda bu sahənin bilərəkdən bərbad hala salınmasıdır(tədris proqramların düşünülmədən dəyişməsi.təhsil müəssisələrində məsuliyyətsizliyin artması,bu sahədə dövlət dəstəyinin kifayət olmaması.müəllimlərin səviyyəsiz hazırlığı və sairlə bərabər əsassız olaraq puııu təhsilin tətbiqi,rüşvət məsələsinin geniş yayılması kimi faktlar əsas götürülməlidir.Qalan 1.2.3. yerlər Azərbaycanda mövcud idarəetmə sisteminin baş göstəriciləridir.Ən vacibi isə Ali təhsil müəssisələrinin dövlət proqrmına və tələbatına uyğun olmadan açılması,tələbə qəbulu planının şişirdilərək gənclərin işsiz qalmasına səbəb olmasıdır.

Nazirə 2022-12-21 13:57:04

İnsanlar Sizin kimilərə baxır və ona görə elə nəticə çıxarırlar.Misal,Siz,və digər nazirlər ,deputatlar,icra hakimləri və sair.İnsanların gəldikləri nəticələr reallıqdan xəbər verdiyi göz önündə olduğundaan sübuta ehruiyacı qaımır.Ölkədə kadr siyasəti rüşət,qohumluq.yerlilik,doztluq,milli qarışıqlıq üzərində qurulduğu heç kimdə şübhə oyatmır.Faktlar bunu təsdiqləyir.

Tural 2022-12-21 13:50:00

qohumbazlıq, dost-tanışbazlıq, adambazlıqq çiçək açıb,....

Ehtiqad Əmir oğlu 2022-12-21 12:48:16

Emin müəllim,ona görə Azərbaycanda belə tələb olunur

Senan 2022-12-21 12:31:25

cənab nazir sistem belədir.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol