"Əmək bazarında heç bir sərhəd mövcud deyil. Kimin bilik və bacarığı varsa, ixtisası dünyada tələb olunan siyahıdadırsa, istənilən ölkədə özünə iş tapa bilər”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
DİM sədri bildirib ki, hər bir şəxsin İT texnologiyalarını mənimsəyib onu alət kimi öz gələcək fəaliyyətində icra etmək bacarığı olmalıdır: “İxtisas seçərkən bu nüanslara, yeniliklərə açıq olub qapalı qapıları aça bilərlər. Öz sahəmizdə gəncləri bu istiqamətdə hazırlamağa çalışırıq. Misal olaraq, keçirdiyimiz peşəkar mühasib imtahanlarının nəticəsi beynəlxalq səviyyədə də tanınır. Eyni zamanda dil bacarıqları da olmalıdır. Bu istiqamətdə təkmilləşməyə vacibdir”.


Şərhlər
Əvəz edilməz kadr.Bunun evladarı harada yaşayır7 Azərbaycanda onlara iş yoxdur?
Öncə əmək bazarını yaratmaq vacibdir/. Əmək bazarı iri müəssisələri dağıladıqdan sonra məhv edilib. Ölkə Əhalisinin 60 faizi işsiz buraxılıb.Dövlət iri müəssisələrin yaradılması üçün heç bir cəhd göstrmədiyi halda 10 milyondan çox əhali necə öz həyatlarını qura bilər?ıBoş boş sözlərlə inkişaf havası yaratmaq nəyə xidmət edirƏhalinin avadlı,diplomlu kəsiminin 80 faizi işsiz qalması ,şəhər və rayonlarda isizlik üzündən yaşayış yerlərini tərk edənlərin
sayının daim artması heç kimi narahat etmir.