Menu

Dünyada 400 milyon, Azərbaycanda 200 min şəkər xəstəsi var

14.11.2014, 13:05
Dünyada 400 milyon, Azərbaycanda 200 min şəkər xəstəsi var

Noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc olunan məqalədə (“Əsrin “şəkər” bəlası” – müəllifi İradə Əliyeva) bildirilir ki, dünyada 400 milyon şəkərli diabet xəstəsi var, 2025-ci ildən sonra xəstələrin sayının 500 milyonu ötəcəyi gözlənir:

“Ötən illərin statistikasına görə, şəkərli diabeti olanlar arasında ürək qan-damar çatışmazlığından ölüm halları 5-7 dəfə, korluq halları 10 dəfə, qanqren və aşağı ətrafların amputasiyası 50 dəfə, böyrək çatışmazlığı 7-10 dəfə çoxdur.

Hazırda Azərbaycanda 200 mindən çox şəkərli diabet xəstəsi var. Lakin daha narahatedici məqam 600 mindən artıq insanda qlükozaya həssaslığın pozulmasıdır.

Bu isə o deməkdir ki, həmin sayda insan diabetə düçar ola bilər. 2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 24 min 182 nəfər təşkil edib. Onlardan 3510-u insulindən asılı, 20426-ı insulindən asılı olmayan şəkərli diabet xəstələridir”. /Media forum

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol