Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən köhnə qəbiristanlıqda naməlum şəxslər tərəfindən qəbir daşlarının bir neçəsinə qarşı vandallıq edilib.
“AzPolitika.info”-ya daxil olan məlumata görə, qəbirlərin bəzilərinin sinədaşı dağıdılıb, bəzilərinin isə başdaşı aşırılıb. Həmin qəbirstanlıqda uzun müddət əvvəl dəfn olunan kənd sakinlərinin qəbirləri yerləşir. Qəsəbədə yeni qəbiristanlıq salınandan sonra orada təxminən 30 il müddətdir ki, heç kim dəfn edilmir.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciətimizə əsasən bildirildi ki, Rayon İcra Hakimiyyəti hadisədən xəbərdardır. Hadisə ilə bağlı məlumat daxil olan kimi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının qəsəbə üzrə nümayəndəsi, qəsəbənin axundu və sakinlərlə birlikdə ərazidə olmuşlar.
Törədilmiş vandallıqla bağlı artıq hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb. Rayon İcra Hakimiyyəti ziyan dəymiş məzarların bərpası işlərinə başlayıb və qısa müddətdə işlər tamamlanacaqdır.
“AzPolitika.info”


Şərhlər
Əclaflıq, şərəfsizlik, alçaqlıq...başqa adı yoxdur...beləsi oğrudan, quldurdan, lap elə oğraşdan da pisdir...başqa cür deyə bilmədim...