Menu

Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib - SƏRƏNCAM

22.12.2022, 13:00
Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib - SƏRƏNCAM

Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin olunub.

Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol