Menu

Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib

22.12.2022, 13:15
Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib

Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliklə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq hesabat almayacaq.

Əvvəl isə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq hüququna malik idi.

Şərhlər

t.ədalət 2022-12-22 20:26:56

Hazırda Azərbaycanda maliyyə nazirliyinə ehtiyac yoxdur.Gəlirləri saymaqla məşğuldur.Məxaric üzərində ölkədə heç bir nəzarət yoxdur.Halbuki,nazirliyin əsas vəzifəsi mədaxil və məxaric üzərində ciddi nəzarət etməkdir.Nəzarət yoxdursa,deməli,bu nazirliyi iqtisadiyyat nazirliyinin tabeliyində bir idarəyə çevirmək,nəticədə büdcə üçün xeyli əlavə gəlir yeri yaratmaq olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol