Menu

İRƏVAN SÜLH GÖRÜŞÜNDƏN İMTİNA ETDİ - Rusiya XİN-dən açıqlama

22.12.2022, 19:37
İRƏVAN SÜLH GÖRÜŞÜNDƏN İMTİNA ETDİ - Rusiya XİN-dən açıqlama

Rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşündən imtina edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib, Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında İrəvann qərarından təəssüfləndiyini söyləyib.

Məlumata görə, dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması məsələlərinin müzakirəsi planlaşdırılırdı.

Şərhlər

t.ədalət 2022-12-22 16:05:05

Putin sülh müqaviləsinin əleyhinədir.Müharibəni başlatmaq lazım gələcək......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol