Menu

Vasif Talıbova saxta diplomu kim verib? - Misir Mərdanovdan AÇIQLAMA

22.12.2022, 21:07
Vasif Talıbova saxta diplomu kim verib? - Misir Mərdanovdan AÇIQLAMA

“Bakı Dövlət Universitetinin (BDU) diplomunu Vasif Talıbova mən verməmişəm”. Bunu Modern.az-a açıqlamasında sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bildirib.

O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova BDU-nun saxta diplomunu verməsi barədə deyilənlərin doğru olmadığını vurğulayıb.

“Mən BDU-da rektor olan zaman 15-16 fakültə, minlərlə tələbə olub. Tələbə təhsil alır, sonra ona diplomu müəssisə verir, rektor diplom vermir. Məncə, Vasif Talıbov universiteti bitirəndə mən artıq təhsil naziri idim. Ona görə də bu iddialar əsassızdır. Kimin dərsdə iştirak edib-etmədiyini də rektor bilə bilməz, 15 min tələbənin davamiyyətini mən necə izləyə bilərəm? Bu cür söhbətlərin olmasının heç bir mənası yoxdur”, - Misir Mərdanov əlavə edib.

Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı şok iddia ilə çıxış edib. E.Əliyev özünün sosial şəbəkə hesabında keçmiş sədri savadsızlıqda ittiham edərək onun saxta diplom aldığını yazıb.

Yenisabah.az deputatın iddiasını araşdıraraq onun haqlı olduğunu üzə çıxarıb. Məlum olub ki, 1960-cı ildə Naxçıvanda doğulan Vasif Talıbov BDU-da hüquqşünas ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə bu ali məktəbdən məzun olub. V.Talıbov həmin illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.

Araşdırmalar zamanı V.Talıbovun bir dəfə belə sessiyalarda iştirak etmədiyi, hətta imtahanlara qatılmadığı məlum olub.

Qeyd edək ki, həmin vaxt BDU-nun rektoru sabiq təhsil naziri Misir Mərdanov olub. V.Talıbov saxta diploma M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.

Məlumat üçün bildirək ki, 25 mart 1998-ci ildə təhsil naziri təyin olunan Misir Mərdanov 2013-cü ilin 19 aprelinə qədər bu postu tutub.

Şərhlər

t.ədalət 2022-12-23 10:01:03

Ən çox saxta diplomları Beynəlxalq universitet verirdi.Bütün özəllərin gəlir yeri saxta diplomlar idi.Misir də bunların rəhbərliyində idi.

Elmira 2022-12-23 09:33:28

Yazıklar olsun!!!

Moshu 2022-12-23 08:36:39

Xatırlayırsınızsa, yazılarımın birində qeyd etmişdim ki, vikipediyada bu cənabla bağlı bildirilir ki, Vasif Talıbov 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir, eyni zamanda Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olmuşdur. Eyni zamanda Naxçıvan Ali Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olmuşdur. Sutka 24 saatdan deyil, 72 saatdan da ibarət olsa belə bu qədər işin öhdəsindən gəlmək mümkün deyil. Bakı Dövlət Universiteti isə təhsil müəssisəsi əvəzinə makler rolunu oynayır və bu təhsil ocağını tam nüfuzdan salır, saxta təhsil və saxta diplom alverçisinə çevrilir. Bəlkə də hələ Misir Mərdanov saxta diplomu Vasif Talıbova aparıb Naxçıvanda təhvil verib, çünki diplomları kimi bu insanların özləri də saxtadır. Bu gün də Bakı Dövlət Universiteti o qədər də müsbət imicə malik deyil. Azərbaycan mentalitetimiz əvəzsizdir.
Əgər bu cənabın hüquq anlayışından məlumatı varsa, hər cür iradlarınızı qəbul etməyə hazıram. O, heç Universitetin auditoriyasını da görməyib, Hüquqdan anlayışı olan adam bu qədər Allahsızlıq etməzdi. O, Naxçıvanı cəngəllik qanunları, mağara düşüncəsi ilə idarə edirdi. Bu qədər sadə və primitiv.
Nə qədər özümüzə hörmət eləməyi öyrənməmişik yüzlərlə Vasif Talıbovlar, Seymur Talıbovlar meydan sulayacaqlar. Hələ Vasif Talıbovun övladlarının diplomlarını yoxlasalar onlar da saxta çıxacaq.

Moshu 2022-12-23 06:19:45

Xatırlayırsınızsa, yazılarımın birində qeyd etmişdim ki, vikipediyada bu cənabla bağlı bildirilir ki, Vasif Talıbov 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir, eyni zamanda Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olmuşdur. Eyni zamanda Naxçıvan Ali Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olmuşdur. Sutka 24 saatdan deyil, 72 saatdan da ibarət olsa belə bu qədər işin öhdəsindən gəlmək mümkün deyil. Bakı Dövlət Universiteti isə təhsil müəssisəsi əvəzinə makler rolunu oynayır və bu təhsil ocağını tam nüfuzdan salır, saxta təhsil və saxta diplom alverçisinə çevrilir. Bəlkə də hələ Misir Mərdanov saxta diplomu Vasif Talıbova aparıb Naxçıvanda təhvil verib, çünki diplomları kimi bu insanların özləri də saxtadır. Bu gün də Bakı Dövlət Universiteti o qədər də müsbət imicə malik deyil. Azərbaycan mentalitetimiz əvəzsizdir.
Əgər bu cənabın hüquq anlayışından məlumatı varsa, hər cür iradlarınızı qəbul etməyə hazıram. O, heç Universitetin auditoriyasını da görməyib, Hüquqdan anlayışı olan adam bu qədər Allahsızlıq etməzdi. O, Naxçıvanı cəngəllik qanunları, mağara düşüncəsi ilə idarə edirdi. Bu qədər sadə və primitiv.

TT 2022-12-23 04:53:59

Misir mellim, besdideeeeeee)))

dadaşyev 2022-12-23 00:07:35

Adə,dadaşyev,bilirsən mən cavanlıqda rektor olanda nələr eləmişəm?Davud,onsuz da hamı bilir ki,sən cavanlıqda rektor olanda nələr eləmisən dəə.Rektor diplom verməsə belə kimə saxta diplom verilirsə rektorun xəbəri olmaya bilməz və rektora desələr ki,filankəsə diplom ver,əgər verəndisə verər.”Mertvıy” tələbənin dərsə davamiyyətinin məsələyə qəti aidiyyəti yoxdur.Birini tanıyırdım,perestroyka vaxtında Moskvanın Belorusski vağzalına gül vururdu burdan,QKÇP-nin qiyamı ərəfəsində məlum oldu ki,Dağıstanda qiyabi hüquqşünaslığı bitirib,Elçibəy dövründə də o diplomla metroda polis zabiti ola bilmişdi.A balam,universitetin bütün ixtiyarı rektorun əlində deyilmi?Sadəcə olaraq,vermək üçün almaq lazımdır.Gərək əvəzində nəsə alasan ki verəsən.Quru-quru qurban olmaz.Al-ver yəni.Mən səninçün işləyim,sən də mənimçün.Yolun biz tərəflərə düşəndə maqazin qiymətinə dörd dənə də pokrışka,hələ uşaqlar kabinkanı da sahmana salacaqlar,aparıblar maşını çaya yumağa.Hələ çexolu da dəyişəcəklər.Daha bizimkilərdən yox ee.Devuşki şeki.Kanada.Xokkey.Adə yeri get adə,yeri alverüvü elə.Kanada.Yox bir qaşqaldax.

BERLİN GİZLİNLƏRİ 2022-12-22 23:51:09

misir mərdanov.... Azərbaycanın Berlindəki səfirliyində sana maxsus, saxlanılmış və oğranılmış yarım milyon avrodan danışmaq istemirsen? Qohumun və yerlin o zamankı səfir Ramin Hasanovun bu hadisəni necə gizlətdiyini bilrsenmi? bacanağının kədərli sonluğu haqda da yaqin xoşluqla danışmaq istemezsen....

El 2022-12-22 22:53:51

Misir Merdanov gözünün içine kimi yalan deyir.O dövrde vezifeye keçmek üçğn her şeyinden keçenler olub.Ola bilmez ki ,Misir Paşa bele bir “Dahi vunderkinqden” xeberi olmasın.Bu sadece “ siyasi xod” edir.

Veteran 2022-12-22 22:38:39

Misir Mərdənov yüzlərlə saxta diplomlar satıb.Əlbətdəki öz bazarkomları vasitəsilə.Hələ nazir işlərkən nələr etməyib.

Lalə 2022-12-22 21:57:50

Mərdanov bilavasitə bu cinayətdə iştirak edib,deputat həqiqəti yazıb

t.ədalət 2022-12-22 21:50:36

Misir Mərdanovun bu qədər pula düşgün olması adamı sarsıdır.Bütün bunların arxasında fetonun olduğu şübhəsizdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol