Menu

Rusiya istək göstərərsə Bayden-Putin görüşü baş tutacaq - Ağ Ev

22.12.2022, 21:56
Rusiya istək göstərərsə Bayden-Putin görüşü baş tutacaq - Ağ Ev

Rusiya danışıqlarda ciddi iradə göstərərsə Co Bayden Vladimir Putinlə görüşməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Siz Prezidentin Fransa lideri Emmanuel Makronla görüşdə dediyini eşitdiniz. Əgər Putin ciddi istək nümayiş etdirsə Prezident mütləq onunla görüşməyə hazır olacaq”, - deyə Kirbi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol