Menu

AZAL Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib

22.12.2022, 23:16
AZAL Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib

AZAL 2022-ci ildə Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.

Mülki Aviasiya Komitəsi tərəfindən Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan təyyarələri üçün öz hava məkanını bağlamağı planlaşdırıb-planlaşdırmadığına da münasibət bildirilib. Qeyd olunub ki, bütün beynəlxalq uçuşlar əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.

Şərhlər

Roma 2022-12-23 03:49:53

Çox sağ olun informasiyaya görə...Bəs ermənistan Azərbaycana nə qədər ödəyib, yəni ki, bu məqsədlə??? Belə ki, rusiyaya uçan təyyarələrin əksəriyyəti Azərbaycan hava məkanından istifadə edir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol