Menu

“Rusiya təbii qazın qiymət həddi tətbiqinə neft tədarükünə qadağa ilə cavab verəcək” - Novak

23.12.2022, 10:20
“Rusiya təbii qazın qiymət həddi tətbiqinə neft tədarükünə qadağa ilə cavab verəcək” - Novak

"Rusiya Avropa İttifaqının (Aİ) tətbiq etdiyi maksimum qiymət həddinə əməl olunmasını tələb edəcək ölkələrə neft və neft məhsulların tədarükünə qadağa qoyacaq".

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

O bildirib ki, bu qərarla əlaqədar Rusiya neft hasilatını azaltmağa hazırdır: "Belə ki, artıq 2023-cü ilin əvvəlində neft hasilatı 5-7 % azaldıla bilər".

Xatırladaq ki, G7 ölkələri, eləcə də Avropa İttifaqı (Aİ) və Avstraliya dekabrın 5-də Rusiya neftinin yuxarı qiymət həddininin 1 barel üçün 60 dollar müəyyən edilməsi barədə qərara gəlib. Dünən isə Rusiya Prezidenti Vladimir Putin bununla əlaqədar cavab tədbirlərini nəzərdə tutan fərman imzalayacağını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol