Menu

Çində sutka ərzində koronavirusa 37 milyon nəfər yoluxub

23.12.2022, 22:20
Çində sutka ərzində koronavirusa 37 milyon nəfər yoluxub

Çində pandemiya dövründəki ən böyük COVID-19-a yoluxma dalğası qeydə alınıb.

APA-nın “Bloomberg“ə istinadla məlumatına görə, son sutkada koronavirusa 37 milyon nəfər yoluxub.

Nəşr yazır ki, Çin Milli Səhiyyə Komissiyasının çərşənbə günü keçirilən qapalı iclasında koronavirusa yoluxma halları ilə bağlı qeyri-rəsmi statistika açıqlanıb.

İclasın protokoluna görə, bu həftənin əvvəlində bir gündə Çində 37 milyona qədər insan yoluxub. Ümumilikdə dekabrın ilk 20 günündə ölkədə 248 milyon insan, yəni əhalinin təxminən 18%-i xəstələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol