Menu

Laçın yolunda aksiya bu gecə də davam edəcək - FOTO

23.12.2022, 22:59
Laçın yolunda aksiya bu gecə də davam edəcək - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanıb. Havanın şaxtalı olmağına baxmayaraq eko-fəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, etirazçılar tələb edirlər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməli, təbii sərvətlərin qanunsuz daşınması və istismarına son qoyulmalıdır.

Aksiya dekabrın 12-dən davam edir.

23 dekabr saat 22.15-ə olan məlumata görə Şuşada temperatur -3° dərəcə Selsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol