Menu

ABŞ separatçı rejimə 2 milyon dollar ayırıb – Hansı yolla çatdırılacaq?

24.12.2022, 20:30
ABŞ separatçı rejimə 2 milyon dollar ayırıb – Hansı yolla çatdırılacaq?

ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komissiyasının həmsədri Frenk Palone bildirib ki, 2023-cü il büdcəsindən Ermənistana 60 milyon dollar və Qarabağın minalardan təmizlənməsi üçün daha 2 milyon dollar həcmində iqtisadi yardım göstərilməsi nəzərdə tutulur.

“Bu, Ermənistana iqtisadi inkişafını, enerji müstəqilliyini və qanunun aliliyini gücləndirməyə kömək edəcək”, - o bildirib.

Qeyd edək ki, beynəlxalq hüquqa görə, bu yardım ancaq Azərbaycan üzərindən gerçəkləşdirilə bilər. Çünki Qarabağ Azərbaycan ərazisidir, orada fəaliyyət göstərən separatçı cinayətkar rejim heç bir ölkə tərəfindən tanınmayıb. Sözügedən 2 milyon dolların Ermənistana göndərilməsi ABŞ tərəfindən Azərbaycanın suverenliyinə qarşı atılmış addım kimi dəyərləndirilə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol