Menu

“Rusiyanın məqsədi rus xalqını birləşdirməkdir” - Putin

25.12.2022, 14:26
“Rusiyanın məqsədi rus xalqını birləşdirməkdir” - Putin

“Rusiya Federasiyasının məqsədi rus xalqını birləşdirməkdir, Moskva həmişə bütün mübahisələri sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə çalışıb”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının efirində “Moskva.Kreml.Putin” proqramına müsahibəsində deyib.

“İnanıram ki, biz düzgün istiqamətdə hərəkət edirik, biz öz milli maraqlarımızı, vətəndaşlarımızın, xalqımızın mənafeyini qoruyuruq. Bizim sadəcə olaraq vətəndaşlarımızı qorumaqdan başqa seçimimiz yoxdur”, - dövlət başçısı bildirib.

Eyni zamanda, Putin qeyd edib ki, Rusiya həmişə yaranan bütün mübahisələrin sülh yolu ilə, danışıqlar yolu ilə həllini təmin etməyə çalışıb.

Şərhlər

Veteran 2022-12-25 14:36:43

Ay piterin küçə usağı cılız putin əgər rus deylən topluma canın yanırsa onların hamısını süləndikləri yerdən yığıb gətirib Moskovya deyilən təzə hökumətinizə yığın və qayğısına qalın.Əgər sən bunu etmək istəmirsənsən 200 il əzdiyiniz Xalqlar bunu edəcəklər.və edirlər.səninsə axırına az qalıb.Gorbagor olmusan .Axırındır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol