Menu

“Əməliyyata hazırlaşıram...” – Roqozin iflic ola bilər

26.12.2022, 14:27
“Əməliyyata hazırlaşıram...” – Roqozin iflic ola bilər

“Roskosmos”un sabiq başçısı və “rus dünyası”nın “alovlu” tərəfdarlarından olan Dmitri Roqozini təhlükəli əməliyyat gözləyir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Moskva xəstəxanalarının birində olan Roqozin özü məlumat verib. Donetskdəki “Şeş-beş” restoranında artilleriya zərbəsi nəticəsində qəlpə yaraları alan Roqozin onurğasında qəlpə qaldığını bildirib: “Uzanmışam, əməliyyata hazırlaşıram, sabah əməliyyat keçirilməlidir. Onurğamın boyun nahiyəsində qəlpə var. İflic olmaq təhlükəsi olduğu üçün qəlpəni orada saxlamaq olmaz. Çıxarmaq isə problemlidir. Düşünürlər (həkimlər)”.

Xatırladaq ki, baş və oturacaq nahiyəsindən yaralanan Roqozini nə Donetsk, nə də Rostov xəstəxanalarında əməliyyat etməyiblər. Həkimlər əməliyyatın təhlükəli olduğu üçün onun Moskvaya göndərilməsini təklif ediblər.

“AzPolitika.info”

Şərhlər

TT 2022-12-26 19:11:35

Dal daqidilib ))) dal yok yauu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol