Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2021-ci ili 5,439 milyon manat xalis zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 29,8 % azdır.
Bununla belə, şirkətin yığılmış zərəri 22 % artaraq 26,771 milyon manata çatıb.
Ötən il “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 18,027 milyon manat (əvvəlki ilə nisbətən 1,7 % az), maliyyə xidmətlərindən gəlirləri 12,136 milyon manat (12,8 % az), digər xidmətlərdən gəlirləri 10,188 milyon manat (14,6 % çox), əməliyyat xərcləri 23,505 milyon manat (8,5 % az), ümumi və inzibati xərcləri 20,383 milyon manat (6,6% çox), köhnələmə və amortizasiya xərcləri 5,09 milyon manat (12,8 % az), digər əməliyyat gəlirləri 1,175 milyon manat (27,8 % az), investisya fəaliyyətindən gəlirləri 4,234 milyon manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 35 min manat (37,7 % az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərəri 2,149 milyon manat (1 il bundan əvvəl gəlir olub), icra müqavilələrinin ləğv edilməsindən gəlirləri 5 min manat (əvvəlki il olmayıb), xarici valyutadan zərəri 167 min manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 124 min manat (16,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 434,376 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,7 dəfə artaraq 387,733 milyon manata, balans kapitalı isə 9,4 % azalaraq 46,644 milyon manata düşüb.
Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,345 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.


Şərhlər
Peşəkar rabitəçilər kənarda qalıb, qeyri-peşəkar kadrlar rabitədə irəli kəçilərək vəzifəyə təyin edilir. RİN -i Rəşad Nəbiyev peşəkar rabitəçilərin müraciətinə belə əhəmiyyət vermir ? Saysız-hesabsız müraciət edərək nazir Rəşad Nəbiyev tərəfindən qəbul olunmağımı xahiş etməyimə baxmayaraq ,müraciətimə əhəmiyyət verməmişdir. Vətəndaşın müraciətinə əhəmiyyət verməməsi, nazir R.Nəbiyevin arxalı olmasından xəbər verir ?
Azerpoctun evvelki bash direktoru Emin Efendiyev idarenin belini girdi cixdi. Rayonlarda Pocht Shobeleri tikirdik 18 min manata balansa dushurdu 98 000 manat. Nazirlik de 80 000 manat yeyintini tesdiq edirsiz. Goy galdirsinlar senedleri hamisi var orda hetta kechmish Nazir Raminin imzasiynan.
Hər şeyi kadr həll edir ! Rabitə sistemi qara çörəyə qane olanların sahəsi hesab edilir ! Hər yerə qeyri-peşəkar kadrları təyin edirlər, nəticəsi də belə olmalıdır ! Zərər ! Məni Azərpoçta Baş direktor təyin etsinlər, bir il ərzində Azərpoçtu mənfəətlə işlədərəm !