Rusiya Federasiyası BMT TŞ-da veto hüququndan sui-istifadə edir ki, bu, bütün BMT sisteminin dağıdılmasına gətirib çıxara bilər.
Bu barədə Ukrayna XİN-in Rusiya Federasiyasının BMT TŞ-da və bütövlükdə BMT-də olmasının qeyri-legitimliyi barədəki bəyanatında söhbət açılır («UNİAN»).
Bəyanatda deyilir ki, RF-nın fəaliyyəti «sülhsevərlik» anlayışı ilə ziddiyyət təşkil edir. «Onun BMT-də üç onillikdə qeyri-qanuni olması müharibələr və digər ölkələrin dünya birliyi tərəfindən tananmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi və neoimperiya ambisiyaları ilə qeyd olunub» - bəyanatda deyilir.
Qeyd edilir ki, 1991-ci ildə Rusiya Federasiyası 31 dəfə BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edib ki, bu da demək olar, TŞ-nın hər-hansı üzvününkündən iki dəfə artıqdır. Bəyanatda, xüsusilə deyilir ki, veto hüququndan sui-istifadənin parlaq nümunəsi kimi Malayziya aviaxətti reysi ilə uçan sərnişin təyyarəsinin (MN17) vurulması faktının və Serebrenitsada insanların kütləvi halda öldürülməsinin genosid olaraq araşdırılması üzrə tribunalın yaradılması barədə qətnamənin bloklanmasını göstərmək olar.
«Hazırkı mərhələdə Rusiya Federasiyasının özünü tam cəzasız sınaqdan keçirdiyi təcavüz beynəlxalq birliyin nüvə silahının tətbiqi ilə şantaj edilməsinə keçib. Bu, yalnız zaman məsələsidir ki, RF fəaliyyəti bütün BMT sistemini - vahid və alternativsiz qlobal hökumətlərarası institutu - dünya dövlətlərini bir masa arxasında birləşdirən təşkilatı dağıdır» - bəyanatda deyilir.
Eyni zamanda, XİN-də bəyan edildiyi kimi, Rusiyanın BMT-dəki taleyi onun beynəlxalq hüququn kobud halda pozulması, eləcə də Ukrayna ərazisində törətdiyi hərbi cinayətlər (genosid) üzrə məsuliyyəti ilə ümumi kontekstdə həll edilməlidir.
«Ukrayna BMT-nin bütün üzv dövlətlərini BMT Nizamnaməsinin tətbiqini (Rusiyanın tələblərinin legitimliyi məsələsində) bərpa etməyə, RF TŞ daimi üzvü statusundan məhrum etməyə və onu ümumilikdə BMT-dən xaric etməyə çağırır. Bundan çıxış edirik ki, Rusiya Federasiyasının BMT TŞ-dan çıxarılması bu orqanın ilkin qərarlarına yönəlik əks-qüvvəsi olmayacaq və TŞ-nın indiyə qədər qəbul etdiyi qərarların sıfırlanmasına və ya onlara yenidən baxılmasına gətirməyəcək» - bəyanatda deyilir.
AzPolitika.info


Şərhlər