Menu

Alimpaşa Məmmədovun işini başqa hakim araşdıracaq

27.12.2022, 12:03
Alimpaşa Məmmədovun işini başqa hakim araşdıracaq

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəməyə sədrlik edən hakim dəyişdirilir.

APA-nın xəbərinə görə, dəyişikliyə səbəb cinayət işinə sədrlik edən hakim Nural Əliyevin apellyasiya instansiyası məhkəməsinə təyinat alması olub.

Alimpaşa Məmmədovun işinin yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsinin başqa hakiminin icraatına veriləcəyi gözlənilir.

Qeyd edək ki, hakim Nural Əliyev bir neçə gün əvvəl Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol