Menu

NAXÇIVANDA GENERAL VƏZİFƏSİNDƏN AZAD EDİLDİ... - Yeni TƏYİNAT

27.12.2022, 13:45
NAXÇIVANDA GENERAL VƏZİFƏSİNDƏN AZAD EDİLDİ... - Yeni TƏYİNAT

Dövlət Sərhəd Xidmətində (DSX) daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.

“Qafqazinfo” xəbər verir ki, kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.

Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.

Şərhlər

Vətən dashı 2022-12-30 06:03:19

Polkovnik Bəhmən Babayev haqqında onun rəhbərliyi altında xidmət edən Qazax əlahiddə sərhəd dİiviziyasında xidmət edən oğlum -Əsgəri cox sevən rəhbərdi - ifadəsini işlətmişdi.Daha uca zirvələr arzulayırıq.Kaş ki,əsgəri öz övladı qədər sevən hərbicilərimiz cox olaydı....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol