Bu gün “Global Media Group” MMC-yə IMS sertifikatlarının təqdimat mərasimi keçirilib.
“AzPolitika.info” xəbər verir ki, düzgün fəaliyyət siyasətinə əsaslandıqları üçün “Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüblər.
Qeyd edək ki, “Global Media Group” tərkibində fəaliyyət göstərən bu şirkətlər artıq inteqrasiya olunmuş idarəetmə sistemini - proses, təcrübələr və sənədlərlə birlikdə keyfiyyət, ətraf mühit və əməyin mühafizəsi və təhlükəsizliyinə yönəlmiş praktikaları - tətbiq edirlər. İnteqrasiya olunmuş idarəetmə sistemləri özündə ISO-9001, ISO-14001 və ISO-45001 standartlarını birləşdirir.
“AzPolitika.info”


Şərhlər