Menu

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

14.11.2014, 16:26
Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakının Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yollardan istifadə etmələri tövsiyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol