Menu

“Azərbaycana qarşı qərəzli olan tərəflərin vasitəçiliyini qəbul etməyəcəyik” - XİN başçısı

27.12.2022, 16:12
“Azərbaycana qarşı qərəzli olan tərəflərin vasitəçiliyini qəbul etməyəcəyik” - XİN başçısı

“Bizim üçün əsas məqsəd Ermənistanla danışıqların nəticəyönümlü olmasıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, danışıqlar üçün konkret platformaya köklənmək prioritet deyil: “Biz danışıqlar üçün istənilən platformaya hər zaman razılıq vermişik. Bizim üçün yeganə istisna özlərinin qərəzini artıq nümayiş etdirmiş tərəflərdir. Belə platformalar bizim üçün qəbuledilməzdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol