“BİZƏ CAN BORCLUSAN, ERMƏNİSTAN!...”

Mirzə AĞ

Vartanlar da, Ərtünlər də, «qriqorlar» da… onlarla barışıq xəyalına düşənlər də payını götürsün!

Azərbaycanlı ekofəallar Xankəndi-Laçın yolunda erməni separatçıları tərəfindən Qarabağın - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış doğma torpağında faydalı qazıntı yataqlarını qeyri-qanuni istismar etməsinə qarşı dinc etiraz aksiyası keçirdiyi, Moskva tərəfindən Xankəndinə göndərilmiş təxribatçı milyarder Vartan (Ruben Vardanyan) ərazidə «mitinq» keçirib də insanları «qan olacaq» hədəsi ilə qorxutmağa girişdiyi bir vaxtda, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan («qriqor») sağa-sola hədyanlar yağdırmağa girişib: “Ermənistanın strateji muttəfiqi Rusiya İrəvana öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, həmçinin formalaşmaqda olan Rusiya-Belarus ittifaq dovlətinə qoşulmağa məcbur edir”.

Həyasızlığın sərhədi yox imiş kimi, bu dığa dünyanın bütün həqiqətləri üzərinə çamur atmadan həzz alaraq, görünməmiş yekəbaşlıq nümayiş etdirir və beləliklə, özündən əvvəlki dığaların (Köçəryan, Sərkisyan, Paşinyan…) həyasızlığını kölgədə buraxır. Bütün dünya bilir ki, «qriqor»un Ermənistanın «suveren ərazisi» adlandırdığı yerlər (Zəngəzur, İrəvan, Göyçə…) tarixi Azərbaycan əraziləridir və ermənilər tərəfindən minbir hiylə ilə ələ keçirilib, zaman-zaman yerli türklərdən «təmizlənib». Qriqora görə, guya Rusiya da Ermənistanı «suveren» ərazisindən Azərbaycana dəhliz verməyə məcbur edirmiş və s.

Ermənistan tərəf Xankəndi-Laçın yolunun üzərindəki aksiyanı «humanitar fəlakət» mənbəyi adlandırır, amma tarixi Azərbaycan torpağı olan Zəngəzurdan Naxçıvana və Türkiyəyə nəqliyyat dəhlizi verilməsinə qəti şəkildə etiraz edir. Hansı ki, bu ərazilər heç vaxt Ermənistan olmayıb və gərəkdir ki, heç olmasın da. Üçtərəfli bəyanat adlanan sənədlə (mahiyyət etibarilə kapitulyasiya aktı!) üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsin deyə, Ermənistan hökuməti sağa-sola gah hürür, gah mırıldayır, gah irişir, gah quyruq bulayır, gah yalvarır… - minbir eybəcər cildə girir ki, Qərbi Zəngəzurdan Azərbaycana nəqliyyat dəhlizi (eynilə Laçın dəhlizi statusunda!) verməsin, amma Laçın dəhlizinin işlək olmasına çalışsın ki, Vartanla-Cartan Qarabağa sərbəst şəkildə silah-sursat daşısın, ərazilərimizə mina basdırsın, səngərlər qazsın, yeni-yeni təxribatlar törətsin. Bu işdə rus mediası da Ermənistana «quyruq bulayıb» su bulandırır, Kreml də Vartan kimi dələduzları (Sterliqov, Vardanyan…) Qarabağa göndərib, onların əli ilə «bulanlıq suda balıq tutur»…

İmperialist dövlətlərin (Rusiya, ABŞ, Fransa…) «himayəsi» altında (oxu: qucağında!) ərköyünlüklə ömür sürən ermənilər belə həyat tərzindən o dərəcədə məst olublar ki, dünyanın lokal-qlobal həqiqətlərini yaddan çıxarırlar və düşünmürlər ki, belə davam edə bilməz və günlərin birində HƏQİQƏT SAHİBİ peydə olub, riyakarlarla haqq-hesab çəkəcək. Buna şübhə etmirik, sadəcə zaman məsələsidir…

Bir neçə gün bundan əvvəl «AzPolitika.info» saytında «HƏRDƏMXƏYAL NİKOL» başlıqlı məqaləm dərc olunmuşdu. Oxuculardan biri «ƏNHU» imzası ilə məqaləyə ŞƏRH yazıb. İndi Vartana, Cartana, Ərtünə, qriqora… həmin oxucunun dili ilə cavab vermək ehtiyacı hiss edirəm:

«Nə qədər erməni-erməni-erməni sözü eşitmək olar? Millətin ömrünün tən yarısı bu murdar sözü eşitməklə keçdi. Mən artıq bu millətin əlindən bezmişəm. Görün bunlar Azərbaycanı neçə illər geri saldılar. Bizə nə qədər problem yaratdılar. Geriyə nə qədər şəhid, nə qədər qaçqın, nə qədər viran edilmiş şəhərlər buraxdılar. Ölkəni minaladılar. Ermənistansa həmin Ermənistandır. Orada bir ağacın da budağı qırılmayıb. Ona heç nə olmayıb. Bunlara dözmək çətindir. Ermənini Qarabağdan qovmaq azdır. Sözün həqiqi mənasında ondan intiqam almaq lazımdır. Biz sadəcə torpaqlarımızın bir hissəsini geri almışıq, intiqam almamışıq. BİZƏ CAN BORCLUSAN ERMƏNİSTAN. SƏNDƏN BELƏ ASANLIQLA ƏL ÇƏKƏCƏYİMİZİ DÜŞÜNMƏ!»

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

ƏNHU 2022-12-30 06:38:02

Dəyərli qələm sahibi, hörmətli Mirzə bəy şərhimə istinad etdiyiniz və fikrimi daha da dolğunlaşdırdığınız üçün sizə təşəkkürümü bildirirəm.

Elmira 2022-12-28 12:35:17

Tamamilə doğrudur!!!!

Son yazılar