Menu

"Türkiyə rusiyalılara turistik yaşama icazəsinin verilməsini dayandırıb" - KİV

28.12.2022, 00:19
"Türkiyə rusiyalılara turistik yaşama icazəsinin verilməsini dayandırıb" - KİV

Türkiyədəki rusiyalılara turistik yaşama icazəsinin verilməsi dayandırılıb. “Report” xəbər verir ki, bu barədə “VPost” nəşrinə Türkiyədə bu problemlə üzləşən rusiyalılar danışıb.

Dekabrın 26-dan etibarən Türkiyənin müxtəlif bölgələrində ən azı bir il ölkədə qalmaq hüququ verən turistik yaşayış icazəsi üçün müraciət edən rusiyalılar problemlərlə üzləşməyə başlayıblar.

Hazırda Fəthiyədə, İzmirdə və Kaşda yaşayan bir neçə rusiyalı nəşrə bildirib ki, Türkiyənin Miqrant İdarəsində müraciət etməli və müsahibə verməli olanların görüşü ləğv edilir, yaşamaq üçün gələnlərə isə icazə verilmir.

Qeyd edək ki, bir çox rusiyalı turist yaşayış icazəsi almaq asanlığına görə köçmək üçün Türkiyəni seçib. Belə ki, bunun üçün yalnız gəlir sübutu və uzunmüddətli - altı aydan başlayaraq - kirayə ev üçün notarial qaydada təsdiq edilmiş müqavilə lazımdır.

Şərhlər

Elmira 2022-12-28 09:07:12

Ay gözəl qardaş Türkiyə, sən necə icazə verirdin bu rus donquzlara Türkiyədə yaşamağa?! Onların içində demək olar ki hamı Putinin cəsuslarıdır!

t.ədalət 2022-12-28 00:50:06

ruslar Rusiyanın,artıq bir vəhşi rejimə çevrildiyini hiss edir və qaçırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol